Xəyal qurmazdı
Təsəvvür eləyirdi ki, onlar bir yerdədirlər. Sevdikəri bir yer seçiblər, oturub söhbətləşirlər. Ya da gəzirlər, gəzəndə sevməyə bir yerləri olmasa da olar. Gəzəndə məkan dəyişir, zaman dəyişir. Sabit bir yeri fikirləşəndəsə elə bil saniyə təkrarlanırdı, amma o dəyişmirdi, danışmırdı. Zamanı dondurmaq xoşuna getmədi, gəzməyə qərar verdi. Köhnələrdən danışırdı. Özünü sevdirməyə ehtiyacı yoxuydu artıq.

Ümüd eləməyə dəyərdi amma. O da dinləyəcək, ən azından dinləyəcək. Nə hiss elədiyini o da hiss eləyəcək. Bir link! Bir mesaj! Əmin idi ! "bunu dinləmisən?" deye soruşsa, göndərsə cavab gözləmədən eyni xəyalın başqa versiyasını o da yaşayacaq onunla. Bu da bir ümüd idi.

Bu günlük məqsəd belə sona çatdı. Platonik qız tələsirdi mesajı sonlandırmağa. Amma yatmadı. Mahnını açdı. Sevdi mahnını, düşündürücü idi. O da düşündü. Eyni xəyala bənzər bir xəyal idi. Küçələr eyni idi. Söhbətlər də eyni idi. Biraz daha yaxın idilər. Əl-ələ tutmuşdular deyəsən. Eyni ssenari gedirdi. Qız və platonik oğlanın ehtimal vermədiyi başqa biri. Başqasının xəyalında oynayan başqaları. Bilsəydi, xəyal qurmazdı.