♥Мой Мир♥

♥Мой Мир♥ Avto Dünya 31-07-2016, 13:00

Bu da LaFerrari

Bu da LaFerrari
Bu da LaFerrari

"Ferrari" şirkəti damı açıq yeni hiperkarının dizaynının sirrini açdı. Avtomobilin şəkilləri brendin rəsmi "Twitter" səhifəsində yerləşdirilib. Avtomobil "LaFerrari Spider" adlandırılıb. O, 2017-ci ildən məhdud tirajla - 150 ədəd olmaqla satışa çıxarılacaq. Avtomobilin qiyməti 3,5 milyon avrodan başlayacaq. Hazırda müştərilər sifariş verməyə başlayıblar.

Yeniliyin dizaynı, demək olar ki, eyni adlı kupeni təkrarlayır. Əsas fərq damın olmamasıdır. Yeniliyin texniki hissəsi barədə məlumat verilmir. Lakin güman etmək olar ki, o, kupe "LaFerrari"-nin mühərrikini alacaq. Çox güman ki, yeniliyi 6,3-litrlik benzin V12 mühərriklə və elektrik mühərriki ilə təchiz edəcəklər. Hiperkarın ümumi gücü 950 a.g.-dən çox olacaq.

"LaFerrari" 2013-cü ildə təqdim edilmişdi və "Enzo" modelinin ideoloji varisi idi. Sələfindən fərqli olaraq, "LaFerrari" hibrid güc qurğusu ilə təchiz edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
588 607 616 537 600 560

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.