HASANLY

HASANLY Məşhurlar 20-11-2019, 14:53

Məşhur aktyor nişanlandı

Məşhur aktyor nişanlandı
55 yaşlı aktyor Keanu Rivz 46 yaşlı sevgilisi Aleksandra Qrant ilə evlənmək üzrədirlər.
Loading.Az-ın ru.hellomagazine.com-a istinadən verdiyi xəbərə görə, bu barədə "Globe" yazır.

Məşhur aktyor nişanlandı - FOTO

Nəşrın məlumatına əsasən, cütlüyün nişanlanması haqqında adının açıqlanmasını istəməyən yaxın dostları danışıb.

Məşhur aktyor nişanlandı - FOTO

Aktyor Aleksandraya evlilik təklifini əvvəldən şam və güllərlə bəzədiyi evində, şam yeməyi zamanı, ikisinin də sevimlisi olan Frenk Sinatranın ifasının sədaları altında edib, qadın da razılıq verib.

Məşhur aktyor nişanlandı - FOTO

Bunun dəqiq nə zaman baş verdiyi açıqlanmır.

Hazırda cütlük toy mərasiminə hazırlaşır.

Məşhur aktyor nişanlandı - FOTO

Xatırladaq ki, Keanu ilə Aleksandra 2009-cu ildə tanış olublar. Həmin dövrdə aktyor kitab çap etmək üçün illüstrator axtarışında olub. Tanışları ona rəssam Aleksandra Qrantı tövsiyə ediblər.

Məşhur aktyor nişanlandı - FOTO

2011-ci ildə "Xoşbəxtliyə Oda" ("Ode to Happiness") kitabını buraxıblar və 2017-ci ildə dizayner Cessica Fləyşmann ilə birlikdə "X Artists’ Books" nəşriyyatını təsis ediblər.

Məşhur aktyor nişanlandı - FOTO

Ortaq biznes Rivz və Aleksandranı daha da yaxın edib və onların münasibətləri yeni mərhələyə keçid alıb.

Məşhur aktyor nişanlandı - FOTO

Lakin cütlük kimi cəmiyyət arasına onlar cəmi bir neçə həftə öncə çıxıblar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
747 737 662 702 703 666

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.