HASANLY

HASANLY İdman 13-12-2019, 13:30

Avroliqada qrup mərhələsi yekunlaşdı - "Başakşəhər" pley-offda!

Avroliqada qrup mərhələsi yekunlaşdı - "Başakşəhər" pley-offda!
Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin sonuncu - 6-cı turunun oyunları keçirilib. Loading.Az matc.az-a istinadən bildirir ki, Azərbaycanın bu turnirdəki sonuncu təmsilçisi olan "Qarabağ" da son oyununa çıxıb.
Ağdam təmsilçisi Lüksemburq "Düdelanj"ını qəbul edib və heç-heçəyə razılaşıb. Qrupun digər matçında APOEL "Sevilya" ilə qarşılaşmadan minimal hesabla qalib ayrılıb.
Türkiyənin "Trabzonspor" klubu "Bazel"in, "Beşiktaş" "Vulverhempton"un, "Başakşəhər" isə "Borussiya"nın (Münhenqladbax) qonağı olub. "Trabzonspor" və "Beşiktaş"ın şansı qalmasa da, "Başakşəhər" qələbə qazanacağı halda, pley-off mərhələsinə yüksələcəkdi. İstanbul təmsilçisi bu oyunda əzmkar qələbəyə imza ataraq pley-offa yüksəlib. Digər iki klub isə son oyunda da məğlubiyyətə üzülüb.
12 dekabr

UEFA Avropa Liqası

Qrup mərhələsi


6-cı tur
A qrupu
 
Qarabağ - Düdelanj (Lüksemburq) 1:1
Qol: Qeye, 90+1 - Buqren, 63.
APOEL (Kipr) - Sevilya (İspaniya) 1:0
Qol: Saviç, 61.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
656 672 590 567 577 549

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.