♔Kraliça♔

♔Kraliça♔ Yumor 26-11-2016, 09:48

Happy =) -19

Happy =) -19
Happy =) -19

Fil hovuzda çimir, qarışqa qaça-qaça gəlir
-Fil ay fil tez şıx hovuzdan!
-Niyə?
-Ala sənə demirəm çıx?!!
-Niyədə?
-Ala bu saat səni ayağımın altına salacam haaa.
-He çıxdım nə olub?
-Hə get çim.Elə bildim plavkimi sən geyinmisən.



Qız:Sən məni nə qədər sevirsən??
Oğlan:Məcnunun Leylini sevdiyi qədər.Bəs sən?
Qiz:Yağış yağanda əlini göyə aç,tuta bilmədiyin yağış dənəcikləri qədər!
Oğlan:Get atonnan məzələn!

Bir gün bir kişi avtobusa minir,ama pulu olmur.Düşəndə şoferə deyir ki,mənim pulum yoxdu.Şofer deyir gəl bir şillə vurum düş. Kişi razılaşır.Arxaya çönür görür dostu da var marşrutda.Kişi şoferə deyir birini də vur. Şofer vurur.Kişi arxaya Çönüb dostuna:
-Düşərsən.

Qız:Alooo.Həyatım evdəsən?
Oğlan:Hə.Nədi ki?
Qız:Tv'ni yandır,super kino gedir.
Oğlan: Dayan baxım."MƏNİMLƏ EVLƏNƏRSƏN?"
Qız:Həəə.Əlbəttə.Razıyam həyatım.

Ata, səni məktəbə çağırırlar!
- Niyə?
- Mən məktəbin pəncərəsini sındırmışam!
O biri gün oğlu deyir:
- Ata səni yenə məktəbə çağırırlar!
- İndii neyləmisən?
- Kimya laborotoriyasını partlatmışam!
- Bezmişəm, daha heç yerə gedən deyiləm!
- Düz eləyirsən, xarabalıqda nə işin var?

Üçüncü sinif şagirdi dərsdən qayıdıb:
- Müəllimə soruşdu ki, 2x2 neçə edər, dedim 4, müəllimə məni təriflədi.
- Ay sağ ol, mənim ağıllı balam! Bu ona görədir ki, biz Azərbaycanlıyıq!
- Hələ bu harasıdır, müəllimə soruşdu ki, 7x7 neçə edər, mən dedim 49, o yenə məni təriflədi.
- Əlbəttə, bu belə də olmalıdır, axı biz Azərbaycanlıyıq!
- Bu gün idman dərsində boy sırası ilə dayanmışdıq, mən hamıdan hündür idim. Yəqin bu da ona görədir ki, biz Azərbaycanlıyıq.
- Yox, bu ona görə deyil, bu ona görədir ki, artıq sənin 16 yaşın var.

Direktor soruşur:
- Uşaqlar yəqin ki, muzeydə yaddaşınızda qalan şeylər oldu?
- Oldu, oldu, - uşaqlar xorla cavab verdilər.
- Nə oldu?
- Təranə müəllimənin pilləkənlərdən yumbalanması

Telefon zəng çalır. Dəstəyi 5 yaşlı Səməd götürür.
- Atanı, ya da ananı telefona çağır!
- Evdə yoxdular!
- Onda bajını çağır. Bir azdan Səməd yenə də dəstəyi qaldırır:
- Bacım çox ağırdı, kolyaskadan çıxara bilmirəm!
- Ana, makaronun hamısını yedim!
- Bajın yemədi?
- Yox!
- Bəs niyə?
- Soruşdu, "bunlar nədi?", dedim "qurd!". O da yemədi.

- Mən atam kimi ayda on min dollar qazanmaq istəyirəm!
- Məgər sənin atan ayda on min dollar qazanır?
- Yox, o da elə istəyir!

Nənə günorta yatmayan nəvəsinə deyir:
- Sənin yerində olaydım, bütün günü yatardım!
- Nənə, sən mənim yerimə yerləşmərsən!

Qız, oğlan "həkim-həkim" oynayır. Ana işdən gəlir, qızını görəndə az qalır dəli olsun. Oğlanın atasına zəng edir:
- Oğlunuz tərbiyə görməyib! Ata təəjjüblə soruşdu:
- Sakit olun, uşaqların hər şeylə maraqlanan yaşlarıdır.
Qızın anası qışqırır:
- Nejə sakit olum? "Həkim-həkim oynayıblar, oğlunuz qızımın apendisitini kəsib!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
671 709 692 596 639 556

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.