Kənan Heydərov

Kənan Heydərov Texnologiya 24-12-2019, 22:14

"Huawei"in yeni tətbiqi "YouTube" və digər "Google" xidmətlərini "öldürəcək"

"Huawei"in yeni tətbiqi "YouTube" və digər "Google" xidmətlərini "öldürəcək"
"Huawei" şirkəti Hindistandan olan tərtibatçıların köməyilə "YouTube", "Gmail" və digər "Google" xidmətlərini əvəzləyəcək proqram hazırlamağı düşünür.

LOADİNG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "The Times" qəzeti yazır.

"Huawei" və "Honor India" şirkətinin baş direktoru Çarlz Penqin sözlərinə əsasən, "Honor" Hindistandakı 150 məşhur tətbiqetmənin tərtibatçılarını öz platformasına cəlb edib "Google" xidmətlərinin "qatillərini" hazırlamaq üçün danışıqlar aparır.

"Naviqator, messencer, ödəniş sistemi kimi əsas tətbiqetmələrin əksəriyyəti dekabr ayının sonuna hazır olacaq" - deyə Penq qeyd edib.

Çin şirkəti təkcə hindistanlı deyil, həm də avropalı mütəxəssislərlə əməkdaşlıq etmək niyyətindədir. Hər bölgədə "Huawei" yerli istifadəçilərə 100-150 populyar tətbiqetmə təqdim edərək "Google"-la rəqabət aparmaq niyyətindədir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
485 464 460 415 459 446

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.