“Twitter”də iOS istifadəçiləri üçün gecə rejimi olacaq

Yaxın zamanlarda “Twitter” sosial şəbəkəsi iOS əməliyyat sisteminin istifadəçiləri üçün gecə rejimi funksiyasını əlavə edəcək.
Bu barədə ABŞ-ın “The Verge” informasiya portalı məlumat yayıb.
Hazırda bu layihə tərtibat mərhələsindədir və beta sınaqlar keçirilir. Bu rejimə qoşulmaq üçün “Apple” cihazının parametrlərinə daxil olmaq lazım gələcək. Bir neçə ay bundan öncə bu funksiya “Android” əməliyyat sistemində yaradılıb.
Bu layihə əlavə müştəri cəlb etmək və əlavənin istifadəçilər tərəfindən tez-tez istifadə edilməsi məqsədi ilə yaradılıb.