“Samsung”un “ağıllı” saatlarının təqdim olunacağı gün açıqlandı

“Samsung” şirkətinin istehsalı olan yeni cihazların təqdimatı sentyabrın 1-də Berlində İFA sərgisi çərçivəsində baş tutacaq.
Həmin sərgidə “Gear S3” və “Gear S3 Classic” smart-saatlarının təqdim olunacağı gözlənilir.
Şirkət unikal smart-saatların təqdim olunacağını təsdiqləyib. Ancaq həmin sərgidə ictimaiyyətə nəyin təqdim olunacağını açıqlamır.
“Samsung”un “ağıllı” saatları hündürlük ölçən, barometr, GPS-modul və spidometr kimi yeni funksiyalar əldə edəcək. Smart-saatın hər iki variantı “Tizen” sistemi ilə işləyəcək.