Sevgi statusları
- Üzülmə getdi deyə, bu əsrin modası belə. 2-3 gün sevər sonra bezər. Sənin axtardığın Əsli ilə Kərəm, bu əsrdə nə gəzər ?!
- Nələri alıb götürmədiki məndən ayrılıq ?! kilometrlərlə ümid, tonlarla sevgi, sığalladığım saçları, tutduğum əlləri...
- Mən əslində çox hazırcavab idim.. Ama sənin bir kəlmənə cavab tapa bilmədim.. "get" nə demək idi sevdiyim ?!
- Mən bir cümlə olub sənə dərdlərimi anlatmaq istədim, ancaq sən həmişə bir nöqtə olub məni susdurdun.
- Mən səni bir damla suya qısqanarkən məgər sən yağışlarda islanmış imişsən..
- Oxuduğum hər romanda qəhraman oldum, ama ən çox öz hekayəmdə yoruldum.
- Toxunmadığın birinin həsrətin çəkirsənsə , həsrətin çəkdiyin qəlbinə toxunmuşdur çoxdan.
- Bilirsən harda ən çox itiririk ? Ona mesaj yazıb bir az gözlədikdən sonra cavab gəlməyincə ikinci mesajı atdığımızda
- Gettin ! bir həyat girdi aramıza.. İndi nə sən geriyə dönə bilərsən nədə artıq mən sənə qapı aça bilərəm...






