Xaliq

Xaliq Texnologiya 15-06-2020, 15:09

“Nubia” şirkəti “Red Magic 5G Transparent Edition” adlı şəffaf smartfonunu təqdim edəcək

“Nubia” şirkəti “Red Magic 5G Transparent Edition” adlı şəffaf smartfonunu təqdim edəcək
Çinin "Nubia" brendi "Red Magic 5G Transparent Edition" adlı şəffaf smartfonunu təqdim edəcək. Korpusun arxa panelindən qurğunun bütün komponentləri görünəcək. Bu haqda şirkətin saytında məlumat verilib.
 
 "Red Magic 5G Transparent Edition" smartfonu unikal dizayndan başqa 144 hers yeniləmə tezlikli "Full HD+" (2340×1080 nöqtə) təsvir ölçülü  6,65 düymlük ekranla təchiz ediləcək. Smartfonda quraşdırılmış "Snapdragon 865" prosessoru beşinci nəsil mobil şəbəkələrinə qoşulmaq üçün "5G" modemə malikdir.
 
Məhsuldar smartfon 16 QB-lıq "LPDDR5 RAM" əməli yaddaşına malikdir. Standart versiyalar 8 və 12 QB-lıq əməli yaddaşla təchiz edilir. Bundan başqa, "Nubia" şirkəti 64 meqapiksellik "Sony IMX686" sensoru, həmçinin 8 və 2 meqapiksellik üçqat arxa kamera nəzərdə tutub. Ön kamera 12 meqapiksellik təsvir ölçüsünə malikdir.
 
14 iyunda satışa çıxarılacaq smartfonun qiyməti 735 dollar təşkil edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
488 420 414 470 459 416

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.