Луна

Луна Texnologiya 2-09-2020, 16:00

OnePlus Ağıllı Saat İstehsal Edəcək

OnePlus Ağıllı Saat İstehsal Edəcək
OnePlus-un texnologiya bazarında geyilə bilən qacetlərlə məşhurlaşmaq iddiaları barədə məlumatlar yayılıb. Bəziləri isə şirkətin artıq ağıllı saat modeli üzərində işlədiyini bildirirlər.

LoaDinG.Az ted.az-a istinadən bildirir ki, OnePlus hələ 2016-cı ildə də ağıllı saat üzərində işlərə başlasa da, bir müddət sonra layihəni yarımçıq qoyub. Daha sonra isə şirkətin ötən il OneWatch adlı saat üzərində çalışması ilə bağlı iddialar ortaya çıxıb.

Sinqapurun IMDA adlı portalında isə yeni texnoloji avadanlıqlar siyahısında OnePlus Watch adlı cihazın da adı qeyd olunub. Cihaz siyahıda W301GB nömrəsi ilə şifrələnib.

Qeyd edək ki, mütəxəssislər hazırda geyilə bilən texnologiya bazarında Apple-ın lider olduğunu, amma illər sonra OnePlus-un onu üstələyə biləcəyini düşünürlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
494 521 556 453 463 410

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.