HASANLY

HASANLY Məşhurlar 17-09-2020, 15:17

Brilliant Dadaşova onların heç birini tanımır

Brilliant Dadaşova onların heç birini tanımır
Xalq artisti Brilliant Dadaşova müğənnilərlə bağlı açıqlamaları ilə gündəmə gəlib.

Loading.Az Axşam.az-a istinadən xəbər verir ki, müğənni "5/5" verilişində qonaq olarkən ona sənət adamlarının fotoları göstərilib.

Natavan Həbibinin şəklini görən Dadaşova "Bu qız kimdir" sualını verib. Kənardan Natavanın adı deyildikdən sonra isə ifaçı "Burada başqa cür düşüb. Natavanın bir mahnısı var idi, gecə-gündüz ona qulaq asırdım" sözlərini söyləyib.

Daha sonra müğənniyə Günay İbrahimlinin fotosu göstərilib. İfaçı həmkarını tanımadığını, heç bir mahnısını bilmədiyini deyib:

"Bu qızın üzünü çox görmüşəm, amma mahnıları yadımda deyil. Bu qızı mənimlə Zamiq studiyada tanış etmişdi. Mahnılarını məclisdə eşitmişəm, amma yadımda qalmayıb".

B.Dadaşova Damla və Şəbnəm Tovuzlu haqda da eyni reaksiyanı verib. O, hər iki ifaçının adını çox eşitdiyini, amma mahnılarını bilmədiyini söyləyib

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
477 525 463 449 485 460

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.