Луна

Луна Azərbaycan 6-10-2020, 12:50

Parlament Madagizin Suqovuşan adlandırılmasını təsdiq etdi

Parlament Madagizin Suqovuşan adlandırılmasını təsdiq etdi
Milli Məclis bir neçə gün öncə Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilən Madagiz kəndinin Suqovuşan adlandırılmasını təsdiq edib.

LoaDinG.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələr zamanı ordumuz tərəfindən bu tarixi qələbə yüksək qiymətləndirilib və Azərbaycan ordusunun tam zəfər qazanacağına inam ifadə olunub. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
596 669 550 554 589 550

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.