Mələy0001

Mələy0001 Azərbaycan 11-10-2020, 14:52

Erməni terrorizminə son” - Məşhurlar Gəncənin vurulmasından yazdılar - FOTO

Erməni terrorizminə son” - Məşhurlar Gəncənin vurulmasından yazdılar - FOTO
Gecə yarısı Gəncə şəhəri Ermənistanın raket hücumuna məruz qalıb. 3 yaşayış binası dağıdılıb. İndiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7 mülki şəxs öldürülüb. Uşaqlar da daxil olmaqla 33 mülki şəxs ağır yaralanıb.

Loading.az musavat.com-a istinadən bildirir ki, Gəncədə yaşananlar sosial şəbəkədə etirazla qarşılanıb. İstifadəçilər "Erməni aqressiyasına son", "Erməni terrorizminə son", "Ermənilərə inanmayın", "Gəncə üçün dua edin" haştaqları ilə paylaşımlar ediblər. Paylaşım edənlər arasında sənət adamları da var. Onlar Gəncədə yaşananları, əsasən, ingilis və rus dillərində bölüşüblər.

Qeyd edək ki, erməni terrorizminə "yox" deyənlər arasında müğənni Günay İbrahimli, Ayan Babakişiyeva, Roza Zərgərli, Nigar Camal, Zamiq Hüseynov, aparıcı Kəmalə Piriyeva, Alidə Mustafayeva, rəqqasə Oksana Rəsulova və başqaları var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
647 610 592 602 622 567

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.