Mənim nağıllara inanmağıma icazə vermədi
Mənimlə hamı kimi rəftar etmədi heç zaman, Məni hamıdan seçdi, fərqləndirdi, əzizlədi və Mən o zaman anladım ki, Bu O`dur..
Mənim nağıllara inanmağıma icazə vermədi heç vaxt, realda mənə nağıldakı xoşbəxtliyi yaşadacağına söz verdi və Mən o zaman anladım ki, Bu O`dur..
Yeri gələndə sərt oldu, səhv etməyimə icazə vermədi, amma bu sərtlik mənə kobudluq kimi deyil, diqqət , qayğı kimi göründü və Mən o zaman anladım ki, Bu O`dur..
İndiki dövrdə bəzi`ləri sevgisini bir birinə öpüşlə, qucaqlaşıb gəzməklə sübüt etdiyi zaman, O`nun mənim bir saç telimə toxunmağa belə qıymadığını görəndə, Mən o zaman anladım ki, Bu O`dur..







