Gulusum

Gulusum İdman 23-11-2020, 08:00

Zlatan İbrahimoviç "Milan"da yeni rekorda imza atdı

Zlatan İbrahimoviç "Milan"da yeni rekorda imza atdı
Milan"ın hücumçusu Zlatan İbrahimoviç A seriyasının 8 matçında ardıcıl qol vuran ilk futbolçu olub.

LoaDinG.azxəbər verir ki, hücumçu A seriyasının növbəti turunun matçında "Napoli" ilə oyunun 20-ci dəqiqəsində fərqlənib. Otuz doqquz yaşlı oyunçu cinah ötürməsindən sonra topu rəqib qapısının uzaq küncünə göndərib.

Bununla da İbrahimoviç A seriyasının səkkiz matçında ardıcıl qol vurub. O, "Milan" tarixində buna nail olan ilk futbolçu olub. Hücumçu 54-cü dəqiqədə komandasının növbəti qoluna imza atıb.

Qeyd edək ki, qarşılaşma "Milan"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İbrahimoviç A seriyasının cari mövsümündə bombardirlər siyahısına başçılıq edir.

"Milan" yeddi turda 17 xal yığaraq İtaliya çempionatının yarış cədvəlində birinci yeri tutub. İbrahimoviç 6 matçda iştirak edərək 9 qol (2-i penaltidən) vurub və 1 məhsuldar ötürmə verib.

Daha əvvəl hücumçu mövsümün sonuna kimi "Milan"da qalacağını istisna etməyib

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
622 640 456 537 547 480

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.