ice berg

ice berg Azərbaycan 24-11-2020, 17:30

"Qarabağ mədəniyyətimizin beşiyi”: Əsgəran qalası

"Qarabağ mədəniyyətimizin beşiyi”: Əsgəran qalası
Azərbaycan ərazisi müdafiə məqsədilə tikilən istehkam və qalalarla zəngindir. Bunlardan biri də Əsgəran qalasıdır.

Loading.az Open.az`a istinadən xəbər verir ki, XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın göstərişi ilə inşa olunan Əsgəran qalası Azərbaycan memarlığının parlaq nümunələrindəndir.

Qalanın tikilməsi Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub.

Əsgəran qalası Şuşanın təxminən 24,Xocalının 5 kilometrliyində və Ağdam şəhərinin 12 km cənubunda,Qarqarçayın sağ və sol sahillərindəki dağ döşündə yerləşir.

1992-ci ildə Xocalı şəhəri Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra qala dağıntılara məruz qoyulub.

Bir neçə il öncə Ermənistan Əsgəran qalasında qanunsuz “bərpa-tikinti” işlərinə başlayıb. İnternet resurslarında yayılan görüntülərdə “bərpa-tikinti” işləri qalanın simasını tamamilə dəyişməyə hesablanıb. Tarixi tikilinin memarlıq üslubu dəyişdirilib, tikinti aparılan ərazidə dərin çalalar əmələ gəlib. Ermənistan Əsgəran qalasını özünküləşdirmək məqsədi ilə tarixi abidənin görkəminə ciddi zərər vurub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
582 592 558 609 519 479

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.