amon

amon Məşhurlar 13-02-2017, 23:14

Namiq Qaraçuxurlu iranlı ailə ilə görüşdü: "Allahım, mənə ..."

Namiq Qaraçuxurlu iranlı ailə ilə görüşdü: "Allahım, mənə ..."
Namiq Qaraçuxurlu iranlı ailə ilə görüşdü: "Allahım, mənə ..."Meyxanaçı Namiq Qaraçuxurlu iranlı ailənin qonağı olub.

Loading.Az xəbər verir ki, bu barədə sənətçi özü məlumat verib. Görüşün təşəbbüskarı isə əməkdar artist Natiq Şirinov olub:

"Uzun illərdir ki, görüşümüzü arzulayan bir iranlı ailəsinin arzusunu nəzərə alıb onlara sürpriz etdik. Buna görə Azərbaycan Respublikasının əməkdar artisti Natiq Şirinova hər iki tərəf adından təşəkkür edirəm. Bu insanların, xüsusəndə yaşlı anamızın sevinci mənim üçün böyük mənəvi zövqdür. Allahım, mənə bu gözəllikləri bəxş etdiyin üçün, məni sevənlərin qəlbinə bu doğmalığı, bu məhəbbəti verdiyin üçün sənə şükürlər olsun. Tanımadığım insanlarla, qəlbimizdən gələn sevgiylə, sayqıyla doğmalaşırıq. Təəssüf ki, bu sevgini yaşayan insanlarla ayrı-ayrılıqda görüşməyim mümkün deyil. Əksər vaxtı yalnız konsertlərdə bu ünsiyyət uzaqdan da olsa real olur. Fürsəttən istifadə edib, bu insanların simasında İranda yaşayan bütün sevənlərimi salamlayıb, sevgiləri üçün dərin təşəkkürümü bildirirəm. İnşallah qismət olarsa, konsert proqramıyla hüzurunuzda olaram". (big.az)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
735 681 628 675 620 669

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.