ÊLfidÂ

ÊLfid Körpəyə qulluq 5-12-2020, 10:00

Körpədəki qulaq ağrısı

Körpədəki qulaq ağrısı
-Körpədəki qulaq ağrısı qulaq iltihabı (kəskin otit) ya da başqa bir xəstəlikdən qaynaqlana bilər. Körpənizin qulağının ağrıyıb ağrımadığını anlamanın ən asan yolu onun ruh halında bir dəyişiklik olub olmadığını fərq etmənizdir.

Bu vəziyyətdə körpəniz təlaşla sağa-sola əyilir, ya da normaldan çox ağlamağa başlayır.

Bu mövzuda analar oyanıq olmalıdır. İstər yüngül, istərsə də yüksək hərarət də qulaq ağrısına işarədir. Bu xəstəliklərdən sonra körpənizin həssaslığını unutmayın.

Bunlara əlavə olaraq, xəstələrin şikayətləri qulaqda və qulaqətrafına yayılan ağrılar, qulağın tutulması, eşitmənin zəifləməsi, küy, temperatur və bəzən qulaq pərdəsinin deşilməsi ilə müşahidə olunan ifrazatın və irinin gəlməsindən olur. Lakin xəstədə bu göstərilən şikayətlərin hamısı eyni zamanda müşahidə olunmaya da bilər.

Qulaq infeksiyalarına əsasən bakteriyalar və körpənin qulaq pərdəsinin arxasındakı mayenin yoluxmuş olması səbəb olur. Qulaq ağrılarında ən sıx görülən səbəb orta qulaq iltihabıdır. Ondan sonrakı digər səbəb isə xarici qulaq iltihabıdır. Üçüncüsü də əks olunan ağrılardır. Yəni, bir zərbə nəticəsində (top vurması) meydana gələr. Qulaq ağrıları 95 faiz nisbətində soyuqdəymə, qrip kimi, yəni, üst tənəffüs yolu infeksiyasının qulağa vurması şəklində ortaya çıxır. Araşdırmalara görə əmzik istifadəsi körpələrdə və kiçik uşaqlarda orta qulaq iltihabı riskini artırır. Bundan başqa külək və soyuq, bəzi körpələrdə gurultulu mühit də qulaq ağrılarına səbəbi ola bilər.

- Qulaq ağrısı əhəmiyyətli bir ağrıdır. Xüsusilə diş ağrıyan zaman qulaq ağrısı da ciddi mənada insanı yorar. Bu səbəbdən uşaq bir dəfə qulağının ağrıdığını söyləsə, bunu nəzərə almaq lazımdır. İlk şikayətlərdə qulaqda yüngül ağrılar olur. Ancaq orta qulaqda yaranan axıntı körpənizin eşitməsini azaldacaq. Buna görə də ağrı artmadan mütləq həkimə getmək lazımdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
548 620 462 531 520 513

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.