KiBirLi_PrenS.

KiBirLi_PrenS. Aforizm 6-12-2020, 16:56

Hərşeydən biraz

Hərşeydən biraz
Xatirələriniz arzularınızdan çoxdursa, deməli qocalmısınız.


Xoşbəxt o adamdır ki, özgənin günahlarını saymağa vaxt itirməyib, öz şəxsi qüsurlarını düzəltməklə məşğuldur.
- Əbül Fərəc


Öz xoşbəxtliyini başqasının bədbəxtliyi üzərində qurmaq olmaz.
- El hikməti


Xoşbəxt adamın bədbəxtə ağıl verməsindən asan nə ola bilər.
- Esxil


Qəlb bir ev deyil ki hər kəs üçün ayrı-ayrı otağı olsun..
- Enid Baqnold


Qəlb o zaman geniş olur ki, orada hər yetənə yer olmasın.
- Əbu Turxan


Könül aynası saf olmalıdır ki, həqiqət sirlərini görsün.
- Mövlana


Dünənlə bu gün arasında mübahisə çıxanda, sabah məğlub olur.
- Çörçil


Köhnə fikirlilər paslı mismarlara bənzəyir, asand yerindən çıxartmaq olmur.
- Cenap Şahabettin


Haqlı olmayan güclü zalım, gücü olmayan haqlı isə çarəsizdir.
- Blez Paskal


Gənclik səhvlər edir, yetkinlik bu səhvlərlə mübarizə aparır, qocalıq bu səhvlərin peşmanlığını çəkir.
-B.Dizraeli


Bilikdən daha zəngin xəzinə, pis xasiyyətdən daha rəzil düşmən ola bilməz.
- Sokrat


İstəyi olmadan öyrənən şagird – qanadsız quşdur.
- Sədi


Əgər bacarirsansa başqalarindan daha müdrik ol,lakin bu barədə onlara heç nə deməyin.



Kim ki, alimliyi və ya zəkası ilə öyünür, demək onun nə alimliyi var, nə də zəkası
- Ernest Heminquey


Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər.
- Sədi


Dahi beyinlər ideyaları ,orta beyinlər hadisələri, cılız beyinlər isə insanları müzakirə edirlər.


Yarat bir əsər ki, adın ucalsın
Sən ölüb gedərkən yerində qalsın
- Ə. Cami


Faydasız həyat- vaxtsız ölümə bərabərdir.
-İ.Höte


Yanıb işıq saça bilmirsənsə, heç olmazsa işığın qabağını kəsmə.
- L.N.Tolstoy


Sıfıra bənzər insanlar vardır. Onlar hər zaman qarşılarında bir rəqəmə ehtiyac duyurlar.
- Balzak


Dəmiri aynatək parladan insan Pası silməlidir öz vicdanından.
- Nizami Gəncəvi


Nadan xoşbəxtliyi uzaqlarda axtarır, müdrik isə onu öz yanında yetişdirir.
- C.Oppenheym


Xoşbəxt adamlar üçün ən uzun ömür də bir gün qədər qısadır, bədbəxtlər üçünsə bir gün də ömür qədər uzundur.
- Lukian


Həyat bu, bir baxarsan hər şey bir anda sona çatar ..
Həyat bu, son dediyin an hər şey yenidən can tapar.
- Şəms-i Təbrizi


Həyat bir nəfəsdir - aldığın qədər.
Həyat bir qəfəsdir - qaldığın qədər.
Həyat bir həvəsdir - daddığın qədər.
- Mövlana


İnsanları tanıya bilən ağıllı ozünü tanıya bilən ziyalıdır.
- Zao Tszi


Günümüzün insanı köklərindən qopmuş bir ağacdır. Həm özünə yad olubdu, həm təbiətə.
- Cəmil Meriç


İnsanlar yavaş yavaş inanmamağı, güvənməməyi, sevməməyi, Xroniki şübhəçi olmağı öyrənər. Bu reallaşdığında, artıq çox gecdir. İnsanların "təcrübə" dediyi şey budur. Ürəyiylə əlaqəsini itirmiş bir insana təcrübəli deyilir.
- Osho


İnsan var dərya kimidir, baş vurdunsa, çıxmaq çətindir; insan var ki, divar kimidir, qarşında durur və heç nə görə bilmirsən; insan var ki, şüşə kimidir ­ dünyanı sənə göstərməyə çalışır; insan var ki, ayna kimidir, səni özünə göstərməyə çalışır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
630 709 672 603 601 658

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.