ice berg

ice berg Ana və uşaq 8-12-2020, 14:14

Bu əmziklər zərərlidir - Pediatrdan ÇAĞIRIŞ

Bu əmziklər zərərlidir - Pediatrdan ÇAĞIRIŞ
"Pul qazanmaq üçün icad edilən pis məhsullardan biri də içinə meyvə qoyulan əmziklərdir".

Bunu həkim-pediatr Aytən İsmayılzadə açıqlayıb. Həkim bu əmziklərin əsasən bir yaşa kimi daha çox ziyanlı olduğunu bildirib: "Bir yaşdan sonra isə zatən lazım deyil. Nədir bu? İçərisinə meyvə tikəsi qoyulur və uşaq əmdikcə meyvənin suyunu çəkir. Nə baş verir? Uşaq meyvə şirəsi içmiş olur. Bu isə faydasız, hətta zərərlidir. Uşaq təmiz şəkər qəbul edir. Bu isə lap zərərlidir. Uşaq əmmək işi ilə məşğul olur, halbuki ona çeynəməyi öyrətmək lazımdır. Uşaq xoş dad ilə vaxtını keçirməkdən zövq alır. Bu isə arada şokolad ya dondurma yeməyə bənzəyir. Şokolad ya da dondurma yeməklə gərginliyi azaltmaq üçün zövq yaşamaq körpə üçün lazımdırmı? Əlbəttə, yox. Hələ bunun psixoloji mənfi tərəfləri üst-üstə yığılacaq. Bəs insan oğlu bu əcaib üsulu niyə kəşf edib analara təqdim etdi? Çünki insan oğlu qazanmaq, daha çox qazanmaq üzərindən düşünür. Düşünür və tapır. Necə etsin ki, alan ana da razı qalsın, öz rəfiqəsinə də məsləhət görsun. Deyəcəklər ki, uşağın damağı qaşınır, içində də dadlı meyvə olunca onunla çoxlu massaj edir, sakit qalır. Ananın da başı sakit olur, amma başı sonra ağrıyacaq, uşaqda bir sıra fiziki və psixoloji sağlıq problemləri ortaya çıxanda"...

Pediatr valideynlərə müraciət edərək onları belə zərərli məhsullardan istifadə etməməyə çağırıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
488 592 497 469 466 515

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.