Dərini nəmləndirmə üsulları
1.Bal
Dərinizin çox quruyan hissələrinə bal çəkin, 20 dəqiqə gözləyin və sonra durulayın. Bu, dərini nəmləndirmək üçün ən yaxşı üsullardandır.
2.Aloe Vera
Aloe Vera yarpaqlarının üstünü soyub içindəki geli götürün. Həmin geli , gözlətmədən dərinizə çəkin və 10 dəqiqə gözləyib durulayın.
3. Süd
Dərinizin quru bölgələrinə süd sürtün və 15 dəqiqədən sonra ilıq su ilə durulayın. Süd dəri tərəfindən rahat əmilir, qırışların qarşısını alır və həmçinin quruluğu aradan qaldırır. (Diqqət edin, südə alergiyanız varsa, istifadə etməyin.)
4. Avokado
Avokadonun içindəki ətli hissəni çıxarıb, əzib püre halına gətirin. Püreni dərinizə sürtün və 10 dəqiqə gözləyin və daha sonra durulayın. (P.s Dəridəki elastikliyi artırır.)






