ADMiN

ADMiN Xəbərlər 19-02-2017, 12:54

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Fevralın 20-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.[/b]

Loading.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, dəyişkən buludlu olacağı, Bakıda və Abşeron yarımadasında havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 7-9° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 6-11° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
624 656 513 573 591 567

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.