Üzdəki səpgilər üçün məsləhətlər
Üzü isti suyla yuduqda ilk növbədə iltihabi proseslərin sorulmasını sürətlənir. Demodeks kimi parazitlər isti mühitə qarşı dözümsüzdür.
Axşamlar üzünüzü yuduqdan sonra salisil spirti , tərkibində spirt olan losyon və ya 40 faizli spirtlə silin.
Dazıotu , aptek çobanyastığı çiçəyi və gülümbahar kimi bitki dəmləmələri ilə üzə islatma və buxar vannası etmək faydalı olacaq.
Maska Məsləhəti:
2 çay qaşığı bal və yarım çay qaşığı (1/2) toz halına salınmış darçın qarışdırıb, isti su hamamında yumuşaldılmış üzə çəkilir, 10 dəqiqə saxlanır, daha sonra ilıq su ilə yuyulur.
1 ədəd yumurtanın ağını köpük alınana qədər çalıb, 1 çay qaşığı nişasta və 4 damcı çayağacı yağı əlavə etməklə qarışdırıb üzə çəkilir. 10 dəqiqədən sonra yuyulur, və qidalandırıcı krem çəkilir.
Gün ərzində iki dəfə səpgi əleyhinə Fitolosyonla üzünüzü silin.
Həmişə gözəllikdə






