ice berg

ice berg Şeirlər 29-12-2020, 20:30

Birgün biri gəLər..

Birgün biri gəLər..
Bir gün biri girər sənin qəlbinə
Ağrılar sancılar başlıyar onda
Məhəbbət yol tapar qəlbin evinə
Ayrılıq sevgini daşdiyar onda..

Bir gün biri gələr elə gələr ki,
Elə bil səhrada bulaq görərsən
Və sənin özünə elə gələrki
Qayğısız sevgisiz uşaq görərsən..


Bir gün biri gələr səssiz səmirsiz
O.səssiz gəlişi fəlakət olar..
O.səni tərk edər gedər şübhəsiz
Həyatın dillərdə rəvayət olar..

Bir gün sən birinə gülüm deyərsən
O.gülün ətri zəhərə dönər
Bezərsən qoy gəlsin ölüm deyərsən
Ölüm də yubanar ümidin sönər..


Bir gün gözündən yaş axar yaşın üstünə
Yaşın belə gələr yaşın üstünə
Ölərsən məzarın daşın üstünə
Yazılar:
-Bir gün biri gələr ağlayar səni
Ölüncə yadında saxlıyar səni..

Bir gün şeytan çıxar sənin qarşına
Soruşar:
-Bəs hanı sevdiyin mələk
Sən isə başını əyib qarşına
Deyərsən:
-Mələk yox fələkmiş fələk..


Kənan MM..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
704 613 586 629 604 591

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.