Anonim YaşıL:9-cu BöLüm..
İnadımdan ağacın altına çöküb oturmuşdum. Telefonumu necə çantamın içində qoya bilərdim axı? Axx hamsı Fəridin günahı idi.Mənim sakit həyatım bir anda necə bu qədər aksiyon dolu oldu. Nə etməliydim indi? Həm üşüyürdüm, həmdə qorxurdum hava artıq tam qaralmışdı.Kaş inad etməyibdə spartivnisin götürsəydim. Meşədəki heyvanların səsidə məni dəli etməyə başlamışdı artıq. Düzün desəm həm də ac idim bir az. Amma qürurumdan Fəridə yada Anara heç nə demirdim.Oda yerə mənim yanıma çöküb oturmuşdu.Mənə baxırdı.Spartivnisin mənə tərəf uzatdı.İstəyirdim götürəm amma onada soyuq olacaqdı.Götürdüyümü görməyib məni biraz qabağa itələyib özü atdı çiynimə.
Sunay: səndən bunu isdəyən olmamışdı
Fərid: mən hiss etdim..
Sunay: Bakıya qayıdanda birdə qarşıma çıxma
Fərid: Bizim hekayəmiz Bakıya qayıdandan sonra başlaycaq
Sunay: əminliklə danışma mənim sənin kimilərlə işim olmaz.
Fərid: şşş sakit Yaşılım.Sənə mahnı atmışdım Buyur yanımda əyləş indi əyləşmisən yada məcburiyyətdən) amma indi mən danışacam sən mənə qulaq asacaqsan
Sunay: asmaycam!
Fərid: 2017 cilin yaz ayları idi. Akt zalında bir tədbir keçirilirdi. O gün o tədbirdə olmaq istəməsəmdə məcbur getməli oldum. Əynində mavi mini yubka və ağ sadə köynəy olan eynəyli bir qız gördüm.
(Sunaysa donub qalmışdı.Sanki dili dodağı kilitlənmişdi. Heç nə deyə bilmirdi.)
Sonra eynəyin çıxartdı.O an yaşıllarına vurulub qaldım. Başladım onun haqqda hər şeyi öyrənməyə. Özümüdə düzəltməyə.Çünki əvvələr belə birisi deyildim.Məni sən deyişdirdin.Qarşına çıxmağa isə cəsarətim yox idi. Sevgiyə inanmırdın çünki.Məndə Aytəndən kömək istədim. Ondan küsməyə haqqın yoxdu Sunay O sənin yaxşılığını, xoşbəxt olmağını istəyir. Ona görədə mənə köməy etdi.Sadecə nömrəni istədim ondan. Düzdü nömərəni başqa yollarlada tapa bilərdim.Amma etmədim. Çünki mənim niyyətim səninlə ciddidi kiminsə sənin haqqında artıq əskiy nəsə deməsini həzm edə bilməzdim. Beləcə Anonim kimi həyatına girdim. Səni daha çox sevdiyimin fərqinə vardım. Və bunu bilki Yaşıl nə olursa olsun mən səndən əl çəkməyəcəm.
Sunay: Fəridsən ya Anar?
Fərid: Fəridəm. Əslində sənədlərdə adım Anardı. Amma yaxınlarım hamsı məni Fərid kimi tanıyır. Səndə yaxınım olduğun üçün sənə də Fərid dedim.
Sunay: gedəy?
Fərid: (gülümsənərək) gedəy
Fəridin danışdıqlarından sonra içim yumşalmışdı bir az. Amma Fəridi bağışlmaq niyyətim yox idi.Çadrlara tərəf gəlib çatanda, möhkəmcə Aytəni qucaqladım. Oda mənə gülümsəndi.Bu gəzinitimizin dadın biləmdim hec boğazımda qalmışdı sanki. Artıq gecə idi hamımız yatmaq üçün öz qurduğumuz çadrlara getdik.Sabahın tez açılmağın isteyirdim. Burdan bircə tez çıxıb getmək üçün.Gecəni hec yatmamışdım.Nəhayət səhər açılmışdı. Bu gün hava tam dəyişmişdi. Buz kimi idi. Göydəndə buz yağır desəm yeri idi. Hamımız maşına minmişdik. Yanımda Fərid oturmaq istəsdə, gözümlə oturma baxışı atdım.Beləcə yola düşmüşdük. Bakıya çatmağımıza az qalmışdı artıq. Evə gedib möhkəmcə yatmaq isteyirdim. Bu olanlar məni çox yormuşdu. Birdən biri arxadan “Əmi yavaş sür bir az, burada döngələrdən maşın çox çıxır, havada pisdi onsuz” dedi. Elə bunu demişdiki qarşımızdan böyük bir yük maşını çıxdığını gördük. Nə olduğunu anlamadan, artıq qəza vermişdi. Son sözüm isə "Fərid" olmuşdu.
Bölümün Sonu..
Müəllif:Goncha..







