♔Kraliça♔

♔Kraliça♔ Maraqlı 3-02-2016, 18:45

Turşu xərçəngə səbəb olur?

Turşu xərçəngə səbəb olur?
Turşu xərçəngə səbəb olur?


Turşu olduqca faydalı qidadır. Ancaq alimlər turşunu qaydalara uyğun yemədikdə onun orqanizm üçün zərərli ola biləcəyini qeyd edir.Normadan artıq artıq turşu yemək mədə xərçəngi olmaqla yanaşı, bir çox problemlərə gətirib çıxara bilər.

Həkimlər bildirir ki, turşu xərçəng riskini artırır. Buna onun tərkibindəki duz səbəb olur.

Mütəxəssislər turşunun xərçənglə bərabər, qastritə də səbəb ola biləcəyini vurğulayır. Çünki acı və duzlu qidalar mədə üçün zərərlidir. Turşunun tərkibinə vurulan soğan, istiot, sirkə və duz mədənin düşmənidir. Turşu pəhriz saxlayanalara da tövsiyə edilmir. Çünki kalorisi az olsa da, tərkibindəki duz suyun bədəndə yığılmasına səbəb olur. Bu isə şişkinlik yaradır.

Bəs, turşunun bu zərərlərindən qorunmaq üçün nə etməli?

Həkimlərin sözlərinə görə, həftədə 2-3 dəfə 100 qram turşu yemək olar. Turşunu yemədən öncə ilıq suda 5-10 dəqiqə saxlamaq lazımdır. Beləliklə, onun duzluluğu azalacaq və orqanizm üçün zərərli olmayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
689 696 631 575 660 556

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.