ParadiseSark

ParadiseSark Hekayələr 6-01-2021, 08:00

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 9.

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 9.

Bölüm 9...

Yorucu iş günümün ardından uzun müddət getmədiyim üçün dəniz kənarına gedəcəkdim. Dəniz bu gün çox sakit görünürdü. Külək əsdikcə xəfif dalğalanırdı. Sanki, məni özünə çəkirdi. Geri addımlayıb iri daşların üstündə oturdum. Son dəfə bura Kənanın "izlərini" dənizə atmaq üçün gəlmişdim. Amma nə etsəm də onu unuda bilməmişdim... Anam bu gün zəng edib demişdi ki,"İş yoldaşım səni öz oğluna istəyir". Anam evlənməyimi çox arzulayırdı. Çünki, Yaxşı bir ailənin gəlini olacaqdım. Və istəmirdi ki, mənim həyatım da onun həyatı kimi məhv olsun.. Axşama qədər ona bir cavab deyəcəkdim. Doğrusu, nə deyəcəyimi bilmirdim. Özümü buna hazır hiss etmirdim... 1 həftə olardı ki, özümə uyğun bir iş tapmışdım. Kitab mağazalarının birində satıcı olaraq işə başlamışdım. Şənbə günü isə uşaq evinə gedib uşaqlar üçün kitab oxuyurdum.. Özümü daha yeni toplamışkən qurduğum düzənin dağılmasını istəmirdim. Arada möhkəm əsib xəfifləyən külək boynumdakı nazik şərfi uçurdu. Həmin an da Kənan ağlıma gəlmişdi.. Sonra universitet xatirələrim.. Sonra Azad..Sonra Atam.. Göz yaşlarım məndən ixtiyarsız axırdı. Əsən küləyin saçlarımı dağıtmasına məhəl qoymadan ayağa qalxıb irəliləməyə başladım. Arxadan birinin səsi eşidildi: "Əla. Tam istədiyim kimi. Dayan, dayan. Hey, səninləyəm, gözəl qız".
Eşitdiyim səsə fikir vermədən addımladım. Dəniz kənarı adamla dolu idi. Bu qarışıqlığın içində kimə lazım olacaqdım ki. Anidən qolumdan bir əl tutdu. Qorxudan qısıq səslə qışqırdım. Həmin anın təsiri ilə əsəbi şəkildə "Burax" deyə bildim. Qarşımdakı adam əllərini qaldırıb "Bağışlayın, qorxutmaq istəmədim" dedi. Sonra əlavə etdi: Bayaqdan sizə səslənirəm, ancaq dayanmadız. Yoxsa özünüzü gözəl hesab etmirsiz?" Dediyi sözə özü güldü.Ağladığımı gördüyü üçün məni güldürmək istədiyini anlayırdım. Diqqətimi boynundan asılan fotoaparat çəkdi. İlahi, danışıq tərzi, gülüşü Azada necə də bənzəyirdi. Azadla da tanışlığımız belə olmuşdu. O da məndən üzr istəmişdi.. Udqundum. Başımı aşağı salıb qarşımdakı adamı dinləməyə başladım.
- "Adım Kərimdir. Bəlkə tanış olaq?"
Geri çevrilib yoluma davam elədim. Daha başqa biri ilə tanış olmaq istəyim yox idi. Əvvəl-axır məni buraxıb gedirdilər. İtirmək qorxusu yaranmışdı canımda. Əziyyət çəkmək istəmirdim. Ağlamaq istəmirdim... Addımlarımı tezləşdirdim. Arxadan yenə səsi eşidilirdi: "Dayan, dayan. Mən danışmaq istəyirəm. Xahiş edirəm." Aradakı rəsmilik də yox olub getmişdi. Ürəyim dözmədi. Dayanıb mənə çatmasını gözlədim. Ax, ürək. Səni çıxarıb atmaq istəyirəm..
Kərim: Adın n..
Sualını tamamlamamış "Nazlı" dedim.
Kərim: Məmnun oldum ( Gülümsədi)
Mən: Adımı bildin. İndi gedə bilərəm? Yoxsa evə qədər arxamca qaçacaqsan?
Kərim başını aşağı saldı. Dodağının altında nə isə mızıldandı. Hələ də onu gözləyirdim. Kərim boynundakı fotoaparatı göstərərək "Mən fotoqrafam" dedi.
Mən: Lap yaxşı. Amma,bunun mənlə nə əlaqəsi var? Mən fotoqraf deyiləm.
Kərim fotoaparatı mənə yaxınlaşdırıb "Bunları bayaq çəkdim" dedi. Və əlavə etdi: Uzun zamandır məhz belə ani şəkil çəkmək üçün çırpınırdım.
Bu ki, mənim şəkillərim idi. Bir söz deməyimə imkan vermədən özü sözə başladı: "Xahiş edirəm, əsəbləşmə. İllərdir çəkməyə çalışdığım şəkil indi əlimdədir. İstədiyim kimi, xırdalıqları ilə, təbiiliyi ilə.. Yaxınlarda ilk fotosərgi keçirəcəm. İcazə ver sənin şəklin də sərgidə nümayiş olunsun."
Qəti şəkildə "Yox, olmaz" dedim...
Məğlub olmaq istəmirdi. Cəld keçib məndən irəlidə dayandı: "Səni incidən hər kimdirsə,bilmirəm ona təşəkkür edim yoxsa acılayım".
Dərin nəfəs alıb əsəbi şəkildə qışqırdım: "Allah xatirinə əl çək məndən. Sən necə inadkar adamsan?? Kim incidibsə incidib sənə nə?? Hah həm nəyə görə təşəkkür edəcəkdin ki?
Kərim: Belə gözəl şəkil əldə etdiyim üçün.
Mən: İstəmirəm. Razı ola bilmərəm. Üstəlik səni tanımıram.
Kərim: Xahiş edirəm, razı ol..
Mən: Şəkillərimi sil.
Kərim udqundu, geri çəkildi, başını razılıq əlaməti olaraq aşağı-yuxarı elədi.. 5-6 saniyəlik gözlərinə baxdım. Bayaq gülən gözlər kədərli baxırdı.. Başqa bir söz demədən evə doğru yol aldım...
Saata baxanda gecə yarısı olmuşdu. Son işlərimi tamamlayıb yataq otağına keçdim. Evə gələndən ağlımda ancaq Kərim var idi. Yəqin ki, sosial şəbəkədən istifadə edirdi. Ah..bu fikirlər məni rahat buraxmırdı. Adını və fotoqraf olduğunu bilirdim. Siması da tam yadımda qalmamışdı. Adını yazıb axtarışa verdim. Çıxan profilləri tək-tək nəzərdən keçirdim. Budur, Kərim Səmədli. Profilindəki məlumatlara baxıb əlaqə nömrəsini götürdüm. Zəng edib-etməyəcəyimlə bağlı tərəddüdlü idim. Nəhayət, zəng etdim. Zəng çalındığı an saatın gec olduğunun fərqinə vardım.. Telefonu söndürmək istəyəndə qarşı tərəfdən səs gəldi:"Alo"
Mən: "Salam"
Kərim: "Fikrini dəyişmisən?"
Mən: " Məni tanıdın?"
Kərim: "Tanıdım"
Mən: "Şəkillər... silmisən"
Kərim: "Hə. Silməyimi istədin"
Mən: "Təəssüf edirəm. Belə olmağını istəməzdim. Hər şey an içində oldu. Və mən həmin vaxt heç nə deyə bilməzdim."
Kərim: "Daha keçdi. Önəmli deyil"
Mən: "İnadkar olduğunu bu gün sübut etmisən. Məni artıq danışdırma. Bilirəm ki,şəkilləri silməmisən"
Kərim möhkəmdən güldü.
Kərim: "Bax sonra deyirsən ki, səni tanımıram."
Məsələni uzatmayıb sözümə davam etdim.
Mən: "Mən razıyam. Şəkillər sənindir. Necə istəyirsən et."
Kərim: " Necə bildin şəkilləri silmədiyimi? "
Mən: "Sən mənə arzularından danışdın. İnsan arzularından asan keçməz. Bilirdim ki, gözləyəcəksən."
Kərim: "Təşəkkür edirəm, Nazlı"
Mən: "Gecən xeyrə qalsın, Kərim".
Telefonu söndürdüm. Bir az rahat olmuşdum. Pəncərəyə yaxınlaşıb həyətə baxdım. Aşağıdan pişik miyoltusu eşidilirdi.. Təmiz hava mənə yaxşı gəlmişdi. Pəncərəni örtdüyüm an gecənin qaranlığına kölgə salan adamı gördüm. Bu Kənan idi. Qapının anidən örtülməsi ilə qışqırdım. Pəncərəni açdığım üçün qapı örtülmüşdü. Geri qayıdıb həyətə baxanda Kənan yox idi. Gözlərim məni yanıltmış ola bilməzdi.. Gedişi ilə illərdir həyatımın ondan olan hissəsini qaranlıq edən adam qaranlıqları aydınladaraq yenidən gəlmişdi... Özü getsə də bütün varlığı ilə xatirimdə qalmışdı...

9-cu bölüm sonu
Müəllif-ParadiseSark

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
682 722 645 624 676 600

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.