ice berg

ice berg Aforizm 20-01-2021, 19:30

Napoleon Bonapart nə deyir?*Siz məndən uca yox, uzunsunuz*

Napoleon Bonapart nə deyir?*Siz məndən uca yox, uzunsunuz*
• Gözəl qadın gözlərə xoş gəlir, ürəyə xeyirxah. Biri gözəl şey, o biri isə xəzinə olur.
• Şirin başçılıq etdiyi qoyunlardan ibarət qoşun, qoyunun başçılıq etdiyi şirlərdən ibarət qoşuna həmişə qalib gələcək.
• Əvvəlcə ciddi döyüşə atılmalı, sonrası bəlli olacaq.
• Cəsarətiniz varsa, hər şeyi özünüzə rəva bilərsiniz, amma əldə edə bilməzsiniz.
• Axmaq adam ziyalı insandan böyük üstünlüyə malikdir. Çünki, o həmişə özündən razıdır.
• Ucalıqla gülünc vəziyyət arasındakı məsafə yalnız bir addımdır.
• Məni söyüb biyabır edənləri bağışlayarkən özümü onlardan həmişə yüksəkdə tuta bilərəm.
• Dövlət xadiminin ürəyi başında olmalıdır.
• Bir-birini altı aydan az tanıyan cütlüyün nigahına icazə vermək lazım deyil.
• Fırıldaqçını hamının önünə çıxardın, o vicdanlı insan kimi hərəkət edəcək.
• Məni yalnız pis xəbərlər gələndə oyadın, yaxşı xəbərlər zamanı isə heç vaxt.
• Müdriklərin düçar olduqları bədbəxtliklər onları ucaldır, axmaqları isə qəti olaraq sındırır.
• Sevgidə yeganə qələbə qaçmaqdır.
• Süngüylə hər şey etmək olar, amma onun üstündə oturmaq olmaz.
• Uğur- dünyada gözəl və aydın danışmaq qabiliyyəti olan natiqdir.
• Taxt- yalnız məxmərdən üz çəkilmiş bir kreslodur.
• Adətən, döyüşdə əsgərlər qalib gəlir, şərəfi isə generallar qazanır.
• Qalxma zamanı dayanmaq olar, enən vaxtı isə yox.
• “Mümkün deyil” ifadəsi fransızsayağı deyil.
• Özgələrin axmaqlıqları bizi heç vaxt ağıllı etmir.
• Hamının gözü qarşısında olan kəskin hərəkətlər etməməlidir.
• İctimai rəy ictimai qızdır.
• Düşmən səhv edəndə ona mane olmaq lazım deyil. Bu, nəzakətsizlikdir.
• Yaltaqlığı bacaran şər atmağa da qadirdir.
• Şöhrət də köhnəlir.
• Hər bir böyük işdə hansısa bir hissəni həmişə saxlamaq lazım gəlir.
• Sözü saxlamağın ən düzgün üsulu onu verməməkdir.
• Sonuncular həmişə haqlıdırlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
494 485 497 488 472 481

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.