ice berg

ice berg 🇦🇿 Qarabağ 💪 Azərbaycan 30-01-2021, 16:30

Atası ərəb, anası azərbaycanlı ŞƏHİDİMİZ

Atası ərəb, anası azərbaycanlı ŞƏHİDİMİZ
Vətən uğrunda canından keçən hərbçilərimizin sırasında atası ərəb, anası azərbaycanlı olan şəhidimiz Xalid Mahmud oğlu Hassan da var.

LoaDinG.aZ şəhidin qısa hekayəsini yaxınlarının dili ilə izləyicilərə təqdim edir:

"Xalid hərbi xidmətdə kəşfiyyatçı olmaq istəyib, amma atası xarici ölkə vətəndaşı olduğundan bu mümkün olmayıb. 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşlərindən sonra səfərbərliyə müraciət edib. Lakin onu çağırmadıqlarından yenə iki dəfə Ağdam "hərbi komisarlığına" müraciət edib. Nəhayət, 2020-ci il oktyabrın 8-də Xalidi səfərbərliyə çağırıblar. O, təlimlərdə olan zaman kəşfiyyat bölüyünün komandirindən dəstəyə götürülməsini istəyib.
2020-ci il noyabrın 4-də Kəlbəcərdən Şuşaya gedən yolda şəhid olub. Xalid evli idi, Məryəm adlı qızı yadigar qalıb. Şəhidimizin anası Maya ana Xankəndidə yaşamaq istəyir, Misir vətəndaşı olan atası isə Azərbaycan vətəndaşlığına keçmək istəyir.

Allah Şəhidimizə rəhmət eləsin!"

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
678 551 592 575 526 609

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.