Xoşbəxtliyə dair..

Xoşbəxtliyi daxilində tapmaq
çətindir, kənarda isə o sadəcə olaraq yoxdur.
N. de Şamfor

Yalnız o adam həmişə xoşbəxt ola
bilər ki, onun bəxtinin sükanı öz əlində olsun.
Əbu Turxan

Xoşbəxt adamın bədbəxtə
ağıl verməsindən asan nə ola bilər.
Esxil

Məsləhətlərimizlə yardım etdiyimiz
insanların xoşbəxtliyi bizi o qədər də
maraqlandırmır.
Vovenarq

O kəs də xoşbəxtdir ki, hörmət
etdiyi kəs haqqında xatirə belə onu özünü
təkmilləşdirməyə sövq edir.
Seneka

Xoşbəxt adamlar üçün ən uzun ömür
də bir gün qədər qısadır, bədbəxtlər üçünsə bir gün də
ömür qədər uzundur.
Lukian

Canıyananlıq başqasının
bədbəxtliyinə yanmaq, paxıllıq isə başqasının
xoşbəxtliyinə yanmaqdır.
Platon

Hər kəs öz səviyyəsində xoşbəxtdir.
Kimin üçünsə çox adi olan bir hadisə başqasını
xoşbəxt edə bilər.
Əbu Turxan

Xoşbəxtlik hissini
yalnız müdriklər keçirə bilər.
Plavt

Başqalarının xoşbəxtliyi
üçün çalışmaqla biz öz xoşbəxtliyimizi tapırıq.
Platon

Kinli adam xoşbəxt ola bilməz.
Yuvenal

Başqalarının həyatından
dərs almağı bacaran insan xoşbəxtdir.
T.Fontane

Xoşbəxtlik ən azı bir dəfə hər qapını döyür.
Uilyam Hezlitt

İstək reallıqdan uzaq
olanda xoşbəxtliyin qapıları bağlanır.
Əbu Turxan

İnsanın xoşbəxtliyi üçün
içindəki işıq yetərli deyil; yaşadığı mühit də
işıqlı olmalıdır.
Əbu Turxan

Xoşbəxtliyi dadmağın
ən yaxşı yolu onu paylaşmaqdır.
Bayron

Nadan xoşbəxtliyi uzaqlarda axtarır,
müdrik isə onu öz yanında yetişdirir.
C.Oppenheym







