ice berg

ice berg Avto Dünya 21-02-2021, 17:00

Volkswagen markasının elektrik flaqmanı "təəccüblü dərəcədə ucuz" olacaq

Volkswagen markasının elektrik flaqmanı "təəccüblü dərəcədə ucuz" olacaq
Volkswagen markasının rəhbəri Ralf Brandştetter, qabaqcıl texnologiyalar ilə təchiz edilən Project Trinity elektromobilinin təəccüb doğuran qiyməti ilə seçiləcəyini qeyd edib.

LoaDinG.aZ bildirir ki, konsernin rəsmi sənədlərində Project Trinity adı ilə xatırladılan əsrarəngiz VW elektromobili alman markasının flaqmanı olacaqdır. Automotive News Europe nəşrinin bildirdiyinə görə, flaqman elektrokarı yeni arxitekturası, yaradılmasına təmamilə fərqli yanaşma və sinir şəbəkəsinə əsaslanan avtonom idarəetmə sistemi ilə yanaşı, həm də çox sərfəli qiyməti ilə seçiləcəkdir.

Volkswagen markasının rəhbəri Ralf Brandştetter jurnalistlərlə söhbətində yeni elektromobilin qabaqcıl texnologiyalara baxmayaraq "təəccüblü dərəcədə ucuz" olacağını qeyd edib.

Ralf Brandştetter "Üçlüyün" qiymətinin 35.000 avro olacağını bildirib. VW şirkətinin rəhbəri, Project Trinity layihəsi çərçivəsində yaradılan elektromobilin "dinamik və axıntılı", uzunluğunun isə dörd metrdən çox olacağını söyləyib.

Flaqman elektrokarının görünüşü hələ də gizli saxlanılır. Markanın elektrik flaqmanı 4-cü səviyyəyə yüksəlmə perspektivi olan 2+ səviyyəli avtonom idarəetmə sistemi ilə təchiz ediləcəkdir. "Üçlüyün" debütü bu ilin sonuna qədər baş tutmalıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
532 565 493 525 519 532

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.