ice berg

ice berg Avto Dünya 27-02-2021, 13:34

Dünyanın ən etibarlı avtomobilləri açıqlandı - SİYAHI -

Dünyanın ən etibarlı avtomobilləri açıqlandı - SİYAHI -
Amerikanın “J.D. Power” şirkəti müxtəlif avtomobil markalarının etibarlılığının tədqiqatını aparıb.

LoaDinG.aZ xəbər verir ki, bununla bağlı məlumat şirkətin saytında yerləşdirilib.

Analitiklər buraxılış tarixi 2018-ci il olan 33 251 avtomobilin sahibi arasında sorğu keçiriblər. Suallar son 12 aylıq istifadədə yaranan problemlərə aid olub və səkkiz əsas kateqoriya üzrə toplanılmış 177 spesifik problemi əhatə edib.

Ən etibarlı marka kimi “Lexus” şirkətinin avtomobili tanınıb. Siyahıda ikinci yerdə “Porsche” avtomobilləri qərarlaşıb, üçüncü yeri isə “Kia” maşınları tutub. Bu halda tədqiqatın müəllifləri qeyd ediblər ki, Koreya istehsalçısı kütləvi bazarın markaları arasında ən yüksək yeri tutub.

İlk beşliyə həmçinin “Toyota”, “Buick” və “Cadillac” da daxil olub.

Şirkətdə həmçinin qeyd ediblər ki, analitik nəticələr əvvəlki illərlə müqayisədə avtomobillərin etibarlılığının səviyyəsinin əhəmiyyətli artımını göstərib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
657 599 576 559 624 585

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.