Loading azda dava qırğın var
Elfida Ay redaktorlar haradasınız tək qalmışam paneldə Bütün günü psneldə yır -yığış , sil -süpür edirəm Səhər yuxudan dur ,panelə qaç xəbər redakte elə ,günorta yemək yemə xəbər redakte et,axşam yatma yenə paneldə cülük vur , xəbər hazırla ,şərh sil məndə istəyirəm o biri userlər kimi mini catda səy-səy şəkillər paylaşmağı
Kənan Heydərov ne olubeeeee, Elfida ,səhər səhər qonşumuz Şoppana xala kimi zilə cəkib nə qışqırırsan ,vallah yatırdıme səsə kravatdan pola nətəri guppultuyla ucdumsa evdəkilər elə bildi evə Əlövsət dayının kranı zad düşdü ,ürəyim qopdu lap
Gülüş Səbəbim Yalan deyirəmsə telefonum əlimdən suya düşsün sevgilimlə danışdığım vaxtı ,mən günün 24-saatını paneldəyəm, belə getsə özümlə kravatımı, yorğan döşəyimidə sayta gətirəcəm Mənə qışqırma indi admin gəlib məni redaktorluqdan qovacaq
Kənan dedi : gülüş aşkitom qoruxma mən yanındayam , səni hec kim qova bilməz ,benzin töküb oddayaram saytı
Bumerang Vallah beyjə yuxuda qara pişiy görmüşdüm ,qanım it qanı kimi qap-qara olmuşdu onsuz ,bilirdim ki bu gün nəsə bəd bir şeyin olacağını,səhərdən evdən də məni çörək almağa yollaya bilmillər ,deyirəm yoxe yuxuda qara pişik görmüşəm mağazaya gedərəm satıcı bir çörək əvəzinə 10 çörək sırıyar mənə

Prenses Bu saytda baş redaktor özüm olmaq fikrindəyəm,cünki saytda hazırlanan ad günü xəbərləri hec ürəyimcə olmur ,onsuz Mən istəyirəm ki mənim ad günü xəbərimdə qirmızı şal olsun ,nişan tortu güllü bantlı stəkanlar onlarinda hamısı qırmızı olsun
Madmazel aaa Prinses sən ad günü ilə nişanı qarışdırdıne Bu qız nəsə təkərə düşdü
Hərbiçi töbə ürəyim düşdü elə qışqırıq düşdü qoruxdume elə bildim yenə Qarabağ davası başladı

Th30 Onsuzda bu saytda ağıllı başlı bir user görmürəm mən Saytda mahnı paylaşıram kədərli o saat gəlib yazıllar nə olub sevgilin atıb ? ya status paylaşıram mənalı yazıllar eşqə düşmüsən ?Azzar olub zəhrimar olub ay balam sizə nə paylaşıram da özüm ücün Dəli şeytan deyir yaxşısı budur bir bombanı at partlat buraları
Луна Mən aktivlik edə bilmirəm çünki iki dəfə koronaya tutulmuşam ,beş dəfə təcili yardım maşını gəlib evə , indi də evə həkim cağırmışam, millət siz canınız səs eləməyin dərdim böyükdür
ice berg ass dünən səni park bülvarda gördüm axı ,əlində kitablarla sevinə sevinə atılıb-düşə gedirdin Луна dinmə roldayam ,hə necə idi rolum gercək alındı hə
Avara_şair Sevgilimə şeiri nətəri yazsam xoşuna gələr görən Aynada gül saxlayıram,əkmişəm səpmişəm yar sənin ücün ,Pəncərədə gül bitirmişəm ,cücərtmişəm böyütmüşəm sənin ücün ay gözəl sənin ücün ,eeehhh nətəri əsəbləşdim eee sən öl ,təmiz beynimin ici qarışdı lap ,qırılmışlar səslərini kəsmir bir şerimi yazım ,səsiniz batsın imkan verin serimi yazım
Ayaska , Melis saytda hamının başı davaya qarışıb söhbət otağına nə qədər istəyirsən şəkillər ataq evə də bax gör nənə babanın sevgili olan vaxtlarının şəkili var gətir tök hamısını bura ,onsuzda biz yadlarına düşmürük
Elnare Bayaqdan evdə darıxdırıcı idi ,nə qəşəy dava gedir ,elə bir birinizi yeyin . Elə düz deyirsən Elfida bütün günü saytda elə hey görürəm səni ələk aparıb ləyən gəririrsən . Pahoo axşama dolma bükürdüm başım nətəri qarışdısa düz əvəzi ətə bir kilo pesok əndərdime Elfida əlimə düşmə

Nuray burda nə səs küydüre qar-topu oyunu oynasırsız ? Məndə əynimi geyinib gəldime
Miracle asta qacan namərtdir deyiblər Elfidaya fiti mən vermişdim bilən olmamış aradan cıxım mən

Amon pahoo bir gün əlimi saytdan cəkən kimi hər yeri bir birinə qatıb qarışdırıllare o Miraclr birdə buralarda görməyim nənəm canına hörümcək ipi ilə asacam onu həyətimizdəki tut ağacından
Dostlar bu biz zarafat idi əlbəət. Ümid edirəm xəbərdə adlarını qeyd etdiyim userlər inciyib küsməzlər Bu xəbərdə sadəcə fevral ayı üzrə adları on topda olan userləri qeyd etmişəm İnşAllah bəyənərsiniz
Bəyənsəniz davamını gözləmək ümidi ilə Öpürəm :)
Bəyənsəniz davamını gözləmək ümidi ilə Öpürəm :)






