Th30

Th30 Sevgi 3-03-2021, 09:58

Bu gün gözəl bir gün olmayacaq....

Bu gün gözəl bir gün olmayacaq....
İçimdə bir sıxıntı ilə açıram gözlərimi.zəngli saata ehtiyac duymayacaq qədər dəqiqdir gözlərim. Qalxmaq istəmirəm yataqdan , geyinmək istəmirəm və baxmaq istəmirəm o aynaya.. Bu gün nələr yaşayacağımı bilirəm , nələr hiss edəcəyimi də.. ki , ən çox bu incidir. Bu gün bir insan necə evsiz qalır onu öyrənəcəyəm və bilirəm , bu gün gözəl bir gün olmayacaq..
Aynada gördüyüm sınıq sökük görüntüdən sonra açıram suyu, üzümə bir neçə soyuq dalğa dəyir.bir..iki..üç..hər dəfə daha sərt və daha qərarlı. Sənə gəlməzdən əvvəl gəlməyə çalışıram özümə..
Bir az suyun axıb getməsini izləyirəm..bilirsən də , batil inanc məsələləri. Pisliklər axıb gedər filan.. sən gedirsən amma pisliklər olduğu yerdə dayanıb.. və bilirəm, bu gün gözəl bir gün olmayacaq..
Üstümdə axşamdan qalma narahatlığın izlərini , paltarlarla gizləməyə çalışıram, bir ümid.. bilirsən ki, güclüyəm , bu gün də elə olacağam. Açarlarımı tapmıram , geri qayıtmaq vecimə deyil , qapını eləcə örtüb çıxıram . Ayaqlarım hara gedəcəyini , gözlərim kimi axtaracağını və qollarım kimi qucaqlayacağını bilir.. və bilirəm, bu gün gözəl bir gün olmayacaq. Hər zamankı yerdə və hər zamankı skamyada otururam. Qarşımdasan , bədənən də olsa.. fikrin bizimlə deyil , kilometrlərlə uzaqda , kiminləsən bilmirəm.. mən bu gün bircə mənə nə olacağını bilirəm .mənə nə edəcəyini.. Səssizlik sinirlərimi pozur , səni necə danışdıracağımı yaxşı bilirəm..
Titrək əllərində tutduğun siqareti barmaqlarının arasından çəkib götürürəm. Bir nəfəslik bir şey qalıb , dodaqlarıma yerləşdirib çəkirəm içimə. Sakitcə " neyləyirsən?" deyə soruşursan . mən isə sadəcə " zəhərini azaldıram" deyə qarşılıq verirəm..və bilirəm , bu gün gözəl bir gün olmayacaq..
O skamyada oturduğumuz müddət boyu işlətdiyin tək cümlə bu olur.. " neyləyirsən?! "
Danışmırsan amma hiss etdirirsən. Hiss edirəm amma danışa bilmirəm. Qalxıram o skamyadan , evimdən , səndən..gedirəm o məkandan amma daha çox evimdən və səndən.. dedim axı , bu gün gözəl bir gün olmayacaq..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
518 486 484 497 545 502

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.