Sən gələndə gözlərim yaxınlara baxardı,sevməzdi uzaqları...
Sən gələndə Günəşin qızıl suyu tökülməmişdi ovuclarımdan...Ayın yanağında yaşanmışlıqların bozumtul ləkəsi yox idi hələ.Təbiətin yalnızca bir mövsümü vardı - bahar!Yarpaqlar saralmışlığı,torpaqlar palçığı tanımamışdı daha.
Sən gələndə daha təmiz idi dünyamız,kədər sevməmişdi gülüşlərimizi və yanağım tanışmamışdı göz yaşları ilə.
Sən gələndə gözlərim yaxınlara baxardı sevməzdi uzaqları.Bilməzdim içdən ağlamağı,səssiz gülməyi...
Sən gələndə arzularım can verməmişdi daha,yaşar idi sol yanımda.Dünya tək mənim üçün fırlanardı oxu ətrafında.
Sən gələnə qədər boynumdan asdığım mirvari diləklərim səpilməmişdi yerlərə.Və ümidlərim asmamışdı özünü saçlarımın ən nazik telindən.İndi səni təmiz dünyamın çirkli küncündə saxlamışam.Hər baxışımda səhvlərimin bir ayaq üstündə duruşu mənə öz ayaqlarım üzərində durmağa güc verir.
İndi səni bir heç olaraq görürəm,sevinc alqışlarının səsi yoxdu içimdə.
Səninlə fərqimiz vardı axı:mən qadın idim,sənin isə cinsin kişi olaraq yazılmışdı şəxsiyyətsizliyinin şəxsiyyət vəsiqəsinə.