ÊLfidÂ

ÊLfid Dəri və saç 10-03-2021, 17:30

Saç tökülməsinin səbəbləri və həlli

Saç tökülməsinin səbəbləri və həlli
Qadında saç tökülməsinin bir sıra səbəbləri var. Bir saçın ortalama ömrü 2-3 ildir və hər bir tük ayda  1 sm böyüyür. Saçlar  normadan artıq tökülürsə, ona xüsusi qulluq etmək lazımdı.
Qadınlarda  saçların tökülməsi qeyd etdiyimiz kimi səbəbləri var:


-Testosteronun yüksək olmasından
-Hamiləlik əleyhinə dərmanlar  qəbul etdikdə
-Hamiləlikdə və doğumdan sonra stress zamanı
-Hormonal pozğunluqlar

•Hormonal pozğunluqlar saç tökülmənin əsas səbəbidir. Hormonların az və ya çox olması saçların tökülməsinə səbəb olur. Patologiya aradan qalxsa, yəni hormonların qanda miqdarı tənzimlənsə, saç tökülməsinin qarşısı alınar.

•2 ci səbəb diffuz tip saç tökülməsidir. Bu cür saç tökülməsinin səbəbi stresslərdir. Bu zaman saç tükü qəfil və qısa bir zamanda tökülür.

•3 cü səbəb immunitetin az olması ilə əlaqədar olan saç tökülməsidir. Bu zaman başın tükü hissəvi tökülür. Tökülmə müxtəlif xəstəliklər səbəbi də ola bilər. Bu cür saç tökülməsi zamanı yeni tüklərin əmələ gəlməsi uzun müddətə başa gəlir.

•4 cü səbəb müxtəlif dərman preparatlarınin qəbulundan sonra meydana çıxan saç tökülməsidir.

•5 ci səbəb isə ata və  anasından birində keçəllik olduğuna görə qızındada əmələ gələn saç tökülməsidir.

Saçlarınız tökülməyə başlayıbsa əvvəlcə bunun səbəbini öyrənməliyik.

~Əgər sizdə əsəb pozulması varsa, 1 ay ərzində gündə 3 dəfə yeməkdən əvvəl sakitləşdirici çay( sedativ çay) içməyinizi tövsiyə edirik.
~Vitanim və mineral çatışmazlığını aradan qaldırmaq üçün mövsümi meyvələr və göyərtilərden istifadə edin.
~Əgər sizdə qurd xəstəliyi varsa nə qədər meyvə yeyilsədə xeyri olmayacaq mütləq qurdlardan yaxa qurtarmaq lazımdı.
~Bütün bunlardan əlavə saçlara normal qulluq olunmalı, saç diblərini dərinləşdirən vasitələr həmişə istifadə edilməlidir.

Əgər saçlarınızın canlı, sağlam olmasını istəyirsizsə yuyunmazdan 2 - 3 saat öncə saçlarınızın diblərini qara zirə yağı ilə masaj edin.

Yuyunan zaman çalışın dəfnə sabunu ilə yuyunasınız, bu sabun tam təbii olmalıdır və nəyinki saç bütün dəri problemləri zamanı istifadə oluna bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
539 566 490 575 515 601

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.