ADMiN

ADMiN Xəbərlər 9-03-2017, 01:23

Serj Sərkisyan: “Müharibə sabah da başlaya bilər...”

Serj Sərkisyan: “Müharibə sabah da başlaya bilər...”

Fransada səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyan “France Press” agentliyinə müsahibəsində Paris, Moskva və Vaşinqtonu “Azərbaycanı müharibəyə başlamaqdan çəkindirməyə” çağırıb.

Virtualaz.org xəbər verir ki, Sərkisyan Qarabağda müharibə təhlükəsinin qaldığını deyib. “Çünki Azərbaycan münaqişənin hərbi yolla həllinin mümkün olmadığına hələ əmin olmayıb”-Sərkisyan deyib.

Ermənistan prezidentinin sözlərinə görə, erməni ictimai şurunda hərbi əməliyyatların başlaması “zaman məsələsidir”, ola bilsin bir neçə həftə və ya ayın məsələsidir. “Ona görə də silahlı qüvvələrin baş komandanı və müdafiə naziri günü sabah başlaya biləcək müharibəyə hazır olmalıdır”-Sərkisyan bildirib. Bununla belə Ermənistan dövlət başçısı əlavə edib ki, hərbi əməliyyatların bərpasının yaxın gələcəyin məsələsi olduğuna inanmır, ancaq heç nəyi istisna etmir.

Sərkisyan Rusiyanın Azərbaycana milyardlarla dollarlıq silah satmasını “ağrılı qarşıladıqlarını” da bildirib. “Biz bundan təəsüflənirik, çünki Rusiya bizim strateji müttəfiqimizdir”-o deyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
633 598 614 572 514 612

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.