ice berg

ice berg Azərbaycan 2-04-2021, 19:09

AzTV-dən Aprel döyüşləri ilə bağlı VİDEOÇARX

AzTV-dən Aprel döyüşləri ilə bağlı VİDEOÇARX
Azərbaycan Televiziyası Aprel döyüşlərinin 5 illik yubileyi ilə bağlı videoçarx hazırlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, fərqli tərtibatda hazırlanan və şüarı "Aprel zəfərini qürurla anırıq!" olan çarxda Aprel döyüşlərinin Vətən müharibəsindəki şanlı qələbənin başlanğıcı olduğu qeyd edilir.

Qeyd edək ki, Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayıb. Aprelin 5-dək davam edən döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnib. Silahlı Qüvvələrimiz Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini işğaldan azad edib, bununla da Cocuq Mərcanlı kəndində böyük abadlıq işləri başlayıb. Bu kəndə köç Qarabağa böyük qayıdışın başlanğıcı olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
530 594 573 565 544 554

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.