ice berg

ice berg Avto Dünya 27-05-2021, 13:15

Mercedes-Maybach yeni modelinin xarakteristikaları açıqlanıb

Mercedes-Maybach yeni modelinin xarakteristikaları açıqlanıb
Bir neçə gün bundan öncə, Mercedes-Benz şirkəti Maybach subbrendinin bayraqdar modeli olan Mercedes-Maybach S 680 modelinin şəkillərini dərc edərək müəyyən məlumatla bölüşmüşdü.

LoaDinG.aZ bildirir ki, flaqman sedanının 6,0-litrlik V12 mühərriki ilə təchiz olunduğu təsdiqlənsə də, güc aqreqatının xüsusiyyətləri açıqlanmamışdı. Bu məsələyə alman istehsalçısının dilerləri aydınlıq gətiriblər. Sizi çox intizarda saxlamayacağam - 6,0-litrlik V12 biturbo mühərriki 612 at qüvvəsi və 1000 Nm fırlanma anı hasil edir.

Güc aqreqatı 9G-Tronic "avtomatı" ilə tandemdə çalışır.Bu rəqəmlər sizə tanış gələ bilər və burada təəccüblü bir şey yoxdur, çünki yeni flaqman əvvəlki Mercedes-Maybach S 650 modelinin birbaşa varisidir. Flaqman sedanı 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir və onun maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılır.

Qeyd edək ki, superkar və hiperkarları saymasaq Mercedes-Maybach S 680 modeli dünyanın ən bahalı avtomobillərindən biri olacaqdır. Dəbədəbəli sedanın Almaniyadakı satış qiyməti 217 min avrodan başlayır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
558 590 518 547 590 556

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.