Kır_papatyası

Kır_papatyası Yumor 28-05-2021, 19:30

Mənalı və gülməli suallar və cavabları

Mənalı və gülməli  suallar və cavabları
Bu sualları sizde cavablandırıb cavabını mene şexsiye atsam sevinerem:)Ve atdiqda size bir sürprizim de olucaq.

1. Sual: Oğrular niyə modanı izləyirlər?
Cavab: Ciblərinin yerini öyrənmək üçün.

2. Sual: Heç qar yağmayan hava hansıdır?
Cavab: Oyun havası.

3. Sual: Hansı top hoppanmır?
Cavab: Qar topu.

4. Sual: Hansı bağda üzüm yetişməz?
Cavab: Ayaqqabı bağında.

5. Sual: Ən gözəl qoxan fil hansıdır?
Cavab: Qərənfil.

6. Sual: 5 illik məktəbi 30 ildə bitirənə nə deyirlər?
Cavab: Müəllim.

7. Sual: Dənizlər niyə duzludur?
Cavab: Balıqlar qorxmasın deyə.

8. Sual: Hansı yazı silinməz?
Cavab: Əlbəttə, alın yazısı!

9. Sual: Hansı qaba su qoyulmaz?
Cavab: Ayaqqabıya.

10. Sual: Ələk ilə su necə daşınar?
Cavab: Dondurularaq.

11. Sual: Hansı gül qoxmaz?
Cavab: Vergül.

12. Sual: Pilotlar niyə havada qeybət qırırlar?
Cavab: Yerin qulağı olduğu üçün.

13. Sual: Qırıldığı zaman işlənən şey nədir?
Cavab: Yumurta.

14. Sual: Qaranlıqda nəyimizi görə bilmərik?
Cavab: Kölgəmizi.

15. Sual: Kral ölsə, oğlu nə olar?
Cavab: Yetim olar.

16. Sual: Ayağını yorğanına görə uzatmayan nə olur?
Cavab: Xəstələnib, rematizma olur.

17. Sual: Dunyaya ilk toyuq gelib yoxsa yumurta ?
Cavab: cavabini bilmirem😂

Qeyd:Atdıqda cavablarınızı yalnız şexsiye atık ve ya yox sürprizle karşılaşmak istemiyseniz şerh bolmesie atın şexsiye atanlar sürprizinizi alacaksınız:)Ve eyer atsam cabanı hec kime demeyin:)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
5454 5559 4620 4126 4446 4441

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.