ice berg

ice berg Sevgi 23-06-2021, 00:44

bUrda gecƏm qAranLıqdı...

bUrda gecƏm qAranLıqdı...
burda gecə qaranlıqdı... şəhərdə belə olmur. Yolların sonu yoxdur elə bil, qaranlığa qarışıb yox olur. Bəlkə o.yollar sənə aparmadığındandır. sonunda səni görə biləcəyim ümidi ilə gəzdiyim şəhər küçələrinə bənzəmir onlar...

burda gecə qaranlıqdı... şəhərdə belə olmur. gündüz göz oxşayan yaşıllıqlar indi zülmət içində vahiməli bir görünüş alıb... burda sən yoxsan deyə sanki təbiət məni təkləyib... səbəbini bilmədiyim bir qisası var sanki...


burda gecə qaranlıqdı... şəhərdə belə olmur. ulduzlar var.hər biri bir arzuya vəsilədir. bu gecə bütün göy qübbəsindəki ulduzlar axsın tökülsün və mən durmadan adını pıçıldayım... bir kainat ulduz...

burda gecəm qaranlıqdı... şəhərdə belə olmur. Ay necə olur olsun, Günəşdən uzaqlaşanda parlaya bilmir...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
533 537 508 455 514 576

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.