ADMiN

ADMiN Azərbaycan 18-03-2017, 12:29

Bahar Azərbaycana saat neçədə gələcək?

Bahar Azərbaycana saat neçədə gələcək?
Bu il bahar Azərbaycana martın 20-də qədəm qoyacaq. Baharın gəlişi Bakı vaxtı ilə təxminən saat 14:29 radələrində baş verəcək.

Loading.Az-ın məlumatına görə, AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bu barədə məlumat verib. Onun sözlərinə görə, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək.

Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.

Qeyd edək ki, fevralın 21-i Azərbaycanda ilk çərşənbə, martın 14-ü isə axır çərşənbə qeyd edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
774 724 717 717 736 646

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.