Qəribədi..
• Bir müddət sonra hiss etməməyə başlayırsan, məsələn. Nə olursa olsun yıxılmayacağını, kim olursa olsun səni yıxa bilməyəcəyini anlayırsan. Dözə bilmərəm, bacarmaram dediyin şeylərə dözürsən. İnsanları və söylədiklərini o qədər vecinə almırsan ki, bir müddət sonra artıq reaksiya belə verə bilmirsən. Kimsəyə bel bağlamamağı öyrənirsən. Biriləri ölsə belə bir şey hiss etməyəcəyini düşünürsən. O çox sevdiyin, çox bağlandığın insana biriləri sahib çıxsa da ağlamırsan. Getsə də ağlamırsan... Dəyər verdiyin şeyləri itirincə içindən heç bir şey qopmur məsələn... Ən pisi də, bir şeylərə, birilərinə nifrət belə edə bilmirsən. Boş gözlərlə olan-bitəni izləyib, arxaya dönüb getməyi öyrənirsən...
Qəribədir. Bütün duyğuları bilirsən amma heç birini hiss etmirsən..
Qəribədir. Bütün duyğuları bilirsən amma heç birini hiss etmirsən..






