heyatimin menasi

heyatimin menasi Statuslar 14-07-2021, 18:56

Özümü həmişə xoşbəxt his edirəm

Özümü həmişə xoşbəxt his edirəm
" Özümü həmişə xoşbəxt hiss edirəm. Niyə bilirsiniz? Çünki artıq heç kimdən bir şey ummuram. Gözləntilərdir həmişə insanı yaralayan... "🦋


🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
Gələcəkdə bu gündən daha çox zamanımız olacağını düşünürük. Sanki gələcəkdə daha az işimiz olacaqmış kimi. Buna görə də həyatı ertələyirik. Halbuki, itirdiyimizdə bir daha əsla tapa bilmədiyimiz bir şeyə daha çox dəyər verməliyik.
Çarə: Zamanı azaltmaq yerinə onu bərəkətləndirməkdir.

🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃


Keçmiş gözəl idi. Bir şeylərin həsrətini çəkərək gözləyərdik və ona nail olanda qədrini çox yaxşı bilərdik. Sevdiyimiz musiqilərin radyoda verilməsini diqqətlə, səbirlə gözləyərdik. Bizə o zamanlar gözləmək həyəcan, sevinc, hüzur verərdi, indiki kimi acı, kədər verməzdi. Bir zamanlar gözləmək, indi unutmaq gözəldir🌚🍀
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

"Ama önce sen kendini inşa etmelisin, dimdik bir beden ve dimdik bir ruhla. Derisini değiştirmeyen yılan ölmeye mahkumdur. Bu durum fikirleri  değiştirmeyen zihinler için de geçerlidir. Sabit fikir, en büyük hapishanedir. . ."🦋


🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
Ümid, özünü yeniləməkdir, yenidən tanımaqdır. Qəlbinin sızlamadığı yerdə olmaqdır. Xoşbəxt şəkillərin içinə girməkdir. Musiqini dəyişdirməkdir ümid. Səni gülümsədən mahnını kəşf etməkdir. Ümid, aynaya baxdıqda özünü sevməyi öyrənməkdir. Ən böyük sərvətin özün olduğunu qavramaqdır. Dizindəki yaralara baxıb necə keçdiyini xatırlamaqdır. Ümid, keçmiş ağrılarındır. Unutduğun ağrılarındır. Ümid, hər gecə gözlərini yumub sabah heç bir şey olmamış kimi yenə açmaqdır. Ümid, hər dəfəsində yeni bir gündür. 🕊

🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊🕊
Hər gün bir neçə saat həqiqətən sizi irəliyə aparan şeylərə ayırın. Dilləri öyrənin, sizi maraqlandıran sahədə inkişaf edin, podkastları dinləyin, bədəninizdə və düşüncənizdə çalışın. ..bunu ehtiyacınız üçün deyil, özünüz istədiyiniz üçün edin. Həyatın yeni səviyyəsinə keçmək, maraqlı bir insan olmaq və güclü bir mühitə sahib olmağı istəyin. Siz axınla getməkdən daha çox şeyə layiqsiniz. Siz həyatınızın yaradıcısınız. ..unutmayın, düşündüyünüzdən daha çox şey edə bilərsiniz.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼


Niyə görə bəzən öz xoşbəxtliyimizi başqa yerdə,başqa insanlarda axtarırıq? Və bəzəndə buna görə üzülürük. Niyə mi? Çünki gözlədiyimiz qayğını və yada görmək istədiyimizi görmürük. Elə buna görə özümüz üçün yaxşı olan nə varsa onu özümüz özümüz üçün yaratmalıyıq. Ən gözəl bağçanı özümüzə özümüz salmalıyıq. Başqasının bunu etməsini gözləməməliyik .Gözləntilərimiz yalnız özümüzdən olmalıdır. Belə olan yerdə isə siz artıq xoşbəxt olmağa başlayacaqsınız.☺️
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

Hərdən ürəyimizin düz ortasında xoş bir sızıltı, ağrı duyarıq. Bu sakit, səssiz ağrı insan olmağımızı xatırladır bu hay-küylü şəhərdə, bu qədər çox işin arasında, bu boyda qaçaqaçın içində. Bir anlıq ayaq saxlayırsan onda, düşünürsən, gülümsəyirsən, kədərlənirsən, hərdən gözündən yaş da damlar. İnsan olduğunu unutdurmayan bir damla yaş. Bu xoş ağrı həm də içindəki mərhəməti oyadar. Sevgidən ürəyin titrəməyə başlar. Və xatırlarsan... bir yerlərdə səninçün dua edənlər var, bir yerlərdə sənin yaxşı olmağını istəyənlər var, bir yerlərdə sənin gülüşündə həyat tapanlar var, bir yerlərdə sadəcə varlığın üçün minnətdar olanlar var. Xatırlarsan və yaxşı olarsan. "Nə yaxşı ki..." deyərsən... nə yaxşı..💛


🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞

Yolumuza çıxan insanlar səbəbsiz deyil.Bəziləri bizə dərs vermək üçün, bəziləri bizim dərs verməyimiz üçün, bəziləri bizə yardım etmək üçün, bəziləri isə bizim yardım etməyimiz üçün qarşımıza Çıxırlar. Bəzən hər ikisi bir adamda cəm olur. Sadəcə biz çalışmalıyıq ki, birini digəri ilə səhv salmayaq🖤

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
650 661 592 709 654 696

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.