ADMiN

ADMiN Xəbərlər 23-03-2017, 19:12

Bayram gecəsi dəhşət - Anasının başını kəsdi, özünü isə körpüdən atdı

Bayram gecəsi dəhşət - Anasının başını kəsdi, özünü isə körpüdən atdı


Abşeron rayonunda oğul anasını balta ilə bir neçə hissəyə doğrayıb, özünü isə körpüdən aşağı atıb.

Loading.Az "Report"a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, Xətai küçəsində yerləşən fərdi yaşayış evinin həyətində baş verib.

Belə ki, 1993-cü il təvvəllüdlü İbrahimov Həsən Daşqın oğlu balta ilə anası, 1965-ci il təvəllüdlü Əliyeva Nərgiz Çingiz qızının əvvəlcə başını kəsib, daha sonra isə bütün bədənini bir neçə hissəyə ayırıb.

Bundan sonra H.İbrahimov Bakı-Sumqayıt şossesindəki körpünün üzərinə çıxaraq özünü aşağı atıb. H.İbrahimov hadisə yerində ölüb. Hər iki meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb. Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.

N.Əliyeva Türkiyədən Bakıya geyim əşyaları gətirərək səyyar satıcılıqla məşğul olub. Hadisə bayram günü, yəni martın 20-si günorta saatlarında baş verib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
579 617 591 573 540 543

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.