Dərdi dünya olanın, dünya qədər dərdi olar. (Dünya haqqında aforizmlər)
Bütün gizlinlər gec-tez akarlanır. (Sokrat)
Cahan ağıl, can sənin sərmayəndir,
Yerlə göylər hamısı bəzəyindir. (Şəbüstəri)
Çətin olan hər iki dünyada bəxtəvər olmaqdır. (Əbu Turxan)
Çiçək gah açıqdır, gah da pünhandır,
Ağac gah geyimli, gah da üryandır. (Sədi Şirazi)
Cismin nəyə ehtiyacı varsa, onu da götürür; bundan artığı da, əskiyi də ziyandır. (Əbu Turxan)
Dəniz dalğalar içərisində gizlidir. (Əbdürrəhman Cami)
Dərdi dünya olanın, dünya qədər dərdi olar. (Yunus Əmrə)
Dərin dəniz daş atmaqla bulanmaz. (Sədi Şirazi)
Dünya ancaq insan qəlbinin hənirtisi ilə canlanır. (Əbu Turxan)
Dünya bildiyimizdən artıq bizim ola bilməz. (Xudu Məmmədov)
Dünya bizdən öncə yazılmışdır. Amma bəzən o bizə ağ vərəq kimi görünür və başlayırıq onu yenidən yazmağa; neçə gözəlliklər bizim cızma-qaranın altında qalır! (Əbu Turxan)
Dünya bizə məxsusdur. Amma bəzən hansısa dünya malına aludə olanda, bütövlükdə dünyanı qurban verdiyimizin fərqində olmuruq. (Əbu Turxan)
Dünya böyük bir teatr səhnəsidir.
Hər kəs öz rolunu oynayıb qurtarandan sonra bu səhnəni tərk edir. (Uilyam Şekspir)
Dünya dağdır, bizim etdiklərimiz səs.
Səslərin əks-sədası yenə bizim səmtimizə gəlir. (Cəlaləddin Rumi)
Dünya duracaq yer deyil, ey can, səfər eylə!... (Nəsimi)
Dünya eyni məzmunda, amma müxtəlif dillərdə yazılmış üç kitabdan ibarətdir: Müqəddəs kitab, təbiət və əql. Bunlar adətən ayrı-ayrılıqda oxunur və onların eyni kitab olduğunu çox az adam dərk edir. (Əbu Turxan)
Dünya nizamı özünün ölçüyəgəlməz möhtəşəmliyi, hər yerdən parlayan sonsuz rəngarəngliyi və gözəlliyi ilə bizi səssiz təəccübə gətirir. Əbədi və ciddi nizama müvafiq olaraq vahid ümumi qanundan necə gözəlliklərin, necə möhtəşəmliyin çıxdığını görəndə isə ağıl bir başqa cür heyrətlənir. (İmmanuel Kant)
Dünya onu anlayanlarındır. (Əbu Turxan)
Dünya vahid bir ideyanın təcəssümü olmasaydı, bu qədər bütöv və ahəngdar olmazdı. (Əbu Turxan)
Dünyada ancaq yaranmalı olanlar yaranır. (Mark Avreli)
Dünyanı dərk edə bilmək üçün insan əvvəlcə dünya ilə bir tam halına gəlməlidir. (Əbu Turxan)
Dünyanı dərk etmək üçün dünyadan kənara çıxmaq lazımdır. (Əbu Turxan)
Dünyanı tam halında yaşamaq olmur; o çiçək-çiçək, damla-damla yaşanır. (Əbu Turxan)
Dünyanın ali mənası onun ayrı-ayrı hissələrinin mənasından hasil ola bilməz. (Əbu Turxan)