XAMLİYON__GÖZƏL

XAMLİYON__GÖZƏL özünü 🤗 möhtəşəm hiss edir. Aforizm 2-12-2021, 00:28

İş haqqında aforizm

İş haqqında aforizm
Böyük məqsədə çata bilmək üçün kiçik məqsədlərdən imtina etməyi bacarmaq lazımdır. (Əbu Turxan)
Bu gün keçmiş nəsillərin gördükləri böyük işlər əvvəllər bir insanın ağlında gizli yaranan bir fikir olub. (Cübran)
Çalışmayana Allah da yardım etməz. (Sofokl)
Çətin iş vaxtında etmədiyimiz asan işlərin üst-üstə yığılması ilə meydana gəlir. (Jan Jak Russo)
Darıxma iş görünsə bir qaranlıq quyuda
Çünki qaranlıqdadır o dirilik suyu da. (Sədi Şirazi)
Dünyada heç bir böyük iş ehtirassız görülə bilməz. (Georq Vilhelm Fridrix Hegel)
Düşüncə və zəhmətin barı tez yetişmir. (Vovenarq)
Düzgün yol məqsədə çatmaq üçün ən yaxın yoldur. (Nəsirəddin Tusi)
Əgər səhv etməsəydim, çox az iş görə bilərdim. (Qabriel Marsel)
Ehtiyatlı olmaq gözəl bir şeydir, lakin bilmək lazımdır ki, hətta tısbağa belə irəli getməyi üçün başını möhkəm çanağının içindən çıxartmaq məcburiyyəti qarşısındadır. (Rövşən Abdullaoğlu)
Əlindən iş gələn – iş görür, iş gəlməyən – başqalarını öyrədir. (Corc Bernard Şou)
Əlinə tikan batmadan qızıl gül toplaya bilməzsən. (Bencamin Franklin)
Ən böyük çətinliklər onları gözləmədiyimiz yerdən çıxır. (İohann Volfqanq Göte)
Ən ləng insan da, əgər məqsədli iş görürsə, məqsədsiz dolaşan insandan daha cəld gedir. (Doris Lessinq)
Ən pis memar ən yaxşı arıdan onunla fərqlənir ki, mumdan pətək hazırlamamışdan öncə o onu öz beynində artıq hazırlayıb. (Karl Marks)
Ən şirin meyvə öz zəhmətimizin meyvəsidir. (Vovenarq)
Eyni nəticəyə müxtəlif yollarla gəlmək olar. Məharət bu yolların ən qısasını seçə bilməkdədir. (Əbu Turxan)
Gözüaçıq olmayan insanlar məqsədə çatmayan yox, ondan yan keçən insanlardır. (Fransua de Laroşfuko)
Hədəfə yaxınlaşdıqca çətinliklər artar. (İohann Volfqanq Göte)
Hər hansı bir məqsədə ciddi can atmaq ona nail olmağın yarısıdır. (Humboldt)
Hər hansı iş hərəkətsizlikdən yaxşıdır. (Demokrit)
Hər işin canı axıra çatdırılmağındadır. (Çingiz xan)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
524 470 564 501 495 486

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.