n2006

n2006 Gözəllik 12-12-2021, 17:21

Dərinizi bu möcüzə ilə şaxtadan qoruyun

Dərinizi bu möcüzə ilə şaxtadan qoruyun
Soyuq hava, şaxta ən çox da dərimizə ziyan vurur. Qış mövsümündə xüsusən də üz dərimiz ikiqat həssaslaşır. Bahalı kosmetoloji prosedurlara qaçmadan üzünüzü təravətləndirən, nəmliyini geri qaytaran bu maskanı istifadə edin.

Nəmləndirici maskanı hazırlamaq üçün 1 çay qaşığı qarğıdalı unu, apardığı qədər duzsuz kərə yağı, 1 çay qaşığı zeytun yağı lazım olacaq.

Hazırlanma qaydası və tətbiqi:

Qarğıdalı unu, kərə yağı və zeytun yağını bir kasada qatılaşanadək qarışdırandan sonra 15 dəqiqə gözlədin. Təmiz dərinizə tətbiq edib qurumağını gözləyin. Quruyan maskanı ilıq su ilə yuyub təmizləyin.

Bu maskanı həftədə bir dəfə tətbiq etmək kifayətdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
579 513 475 461 446 480

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.