amon

amon Xəbərlər 6-04-2017, 14:00

Azərbaycanlı məşhur dünyasını dəyişdi - FOTO

Azərbaycanlı məşhur dünyasını dəyişdi - FOTO
Azərbaycanlı məşhur dünyasını dəyişdi - FOTO 
Azərbaycanın əməkdar həkimi, əməkdar elm xadimi, Azərbaycan Tibb Universitetinin (ATU) ortopedik stomatologiya kafedrasının müdiri Elxan Kərimov vəfat edib.

Loading.Az xəbər verir ki, E.Kərimov 79 yaşında dünyasını dəyişib. O, uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, E.Kərimov 1938-ci ildə Göyçayda anadan olub. 1959-1964-cü illərdə Azərbaycan Tibb İnstitutunun stomatologiya ixtisasına yiyələnib.

2000-ci ildə Azərbaycan əməkdar həkimi, 2010-cu ildə isə əməkdar elm xadimi adına layiq görülüb. O, həm də Səhiyyə Nazirliyi Həkimlərin Attestasiyası Komissiyasının sədri olub. Mərhum 1990-cı ildən ortopedik stomatologiya kafedrasına rəhbərlik edirdi.

mənbə: report.az
 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
700 718 655 615 688 590

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.